Türkiyə antiterror əməliyyatlarını davam etdirir
Tarix: 29.07.2015 | Saat: 22:09:00 | E-mail | Çapa göndər


Türkiyə Hərbi Hava Qüvvələri İraqda 200 PKK döyüşçüsünü məhv edib

Son zamanlarda dünyanın gözü qardaş ölkəyə-Türkiyəyə yönəlib. Bu ölkə terrorla aktiv mübarizə mərhələsinə keçsə də bunun bəzi arzuolunmaz nəticələri də olur. Belə ki, terrorçular türk ordusunun keçirdiyi antiterror əməliyyatlarına cavab olaraq xain hücumlar da təşkil edirlər. Bu son günlərdə bir neçə hərbçi və jandarmanın itkisi ilə nəticələnir. Buna misal olaraq daha bir hərbi qulluqçu terrorçuların silahlı hücumuna məruz qalmasını göstərmək olar. “Hürriyət” qəzetinin verdiyi məlumata görə, baş çavuş Nazim Altın işə gedərkən güllələnib.
Hadisə Ərzurum vilayətinin Xorasan mahalında baş verib. “Üçyol” deyilən ərazidə avtomobili xarab olan hərbi qulluqçu maşından düşən kimi başqa bir avtomobildən ona atəş açılıb. Yaralanan hərbçi Xorasan Dövlət Xəstəxanasına çatdırılıb. Ərazidə genişmiqyaslı əməliyyat-axtarış tədbirləri başlayıb.
Xatırladaq ki, iki gün öncə də bir türk hərbçi terrorçuların silahlı hücumuna məruz qalıb. Başından ağır yara alan hərbçi xəstəxanada dünyasını dəyişib.
PKK isə “durmaq” bilmir. PKK silahlıları Türkiyədə İraqla sərhəddə yerləşən Şırnak vilayətinin ərazisindən keçən Kərkük-Yumurtalıq neft kəmərini partladıblar. Məlumata görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız deyib. Onun sözlərinə görə, boru kəməri partladılandan sonra İraqdan Türkiyəyə neft nəqli dayandırılıb.
Bütün bunlara baxmayaraq Türkiyə artıq PKK-nı da xeyli sıxışdıra bilib. Belə ki, Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında 200 PKK döyüşçüsünü məhv edib. “Milliyet” qəzeti yazır ki, hava zərbələri PKK-nın İraqın şimalında yerləşən Zap, Hare, Mətin, Avşin və Qəndil mövqelərinə endirilib. İraq isə Türkiyənin son zamanlarda antiterror əməliyyatlarına reaksiya verib. İraqın baş naziri Heydər Əl-Abadi isə Türkiyə HHQ tərəfindən ölkənin şimalında hərbi əməliyyatların aparılmasına qarşı çıxış edib. Bu barədə İraqın Nazirlər Kabinetinin bəyanatında deyilir.
Bəyanatda qeyd edilir ki, İraq və Türkiyə qardaş ölkələrdir, ancaq Türkiyə İraqın müstəqilliyinə hörmət etməlidir.
Bu arada qeyd edək ki, hazırda həssas dönəmdə olan Türkiyədə Silahlı Qüvvələrin Baş Qərargahın rəisi Necdet Özel iyul ayının sonunda vəzifəsini tərk edəcək. Bu barədə "Kanal7" telekanalı məlumat verib. Daha əvvəl N.Özelin avqustun sonunda vəzifəsini tərk edəcəyi gözlənilirdi. İstefaya səbəb kimi onun səhhətində problemlərin olması göstərilirdi. N.Özel 2011-ci il avqustun 4-də Silahlı Qüvvələrin Baş Qərargahının rəisi təyin edilib.
Telekanalın məlumatına əsasən, Quru Qoşunları komandanı 63 yaşlı general Hulusi Akar Baş Qərargahın rəisi təyin edilə bilər.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
İsrailin Baş naziri Moskvaya səfərini təxirə salıb
20.02.2019
İngiltərədə Mühafizəkarlar partiyasından olan üç deputat partiya sıralarını tərk edib
20.02.2019
Suriyanın yeni konstitusiyası hazırlanacaq
20.02.2019
Birlәşmiş Millәtlәr Tәşkilatı Suriya mәsәlәsi ilә bağlı xәbәrdarlıq edib
20.02.2019
Avstraliyadakı quraqlıq uşaqların psixi inkişafına mənfi təsir göstərir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info