Tehranda Ruhani və Moqerini arasında görüş olub
Tarix: 29.07.2015 | Saat: 23:06:00 | E-mail | Çapa göndər


Tehranda İran prezidenti Həsən Ruhani və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini arasında görüş keçirilib.
“RİA Novosti” agentliyinin verdiyi məlumata görə, bu barədə Həsən Ruhani administrasiyasının sözçüsü Məhəmməd Baqir Noubəxt məlumat verib. “Tərəflər bir sıra məsələləri müzakirə ediblər. Danışıqların əsas mövzusunu İranın nüvə proqramı ilə bağlı razılaşma və İranla Avropa arasında əməkdaşlığın genişləndirilməsi məsələləri təşkil edib. Görüşdə həmçinin regional məsələlərə toxunulub. İraq, Suriya və Yəməndəki vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb”, deyə Noubəxt bildirib. Onun sözlərinə görə, F.Moqerinin Tehrana səfəri İranla dünya birliyi arasında xoş münasibətlərin qaytarılmasına yönələn ilk addımlardan biridir. Qeyd edək ki, Aİ diplomatiyasının rəhbəri iyulun 28-də Tehranda İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə birgə mətbuat konfransı keçirib. Jurnalistlərin suallarını cavablandıran F. Moqerini bildirib ki, nüvə proqramına dair razılaşmanın yerinə yetirilməsi İrana Qərb dövlətləri ilə yeni əməkdaşlıq yolları açacaq.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info