“Stratfor”: “Rusiya Gürcüstanı sakitcə zəbt edir?”
Tarix: 29.07.2015 | Saat: 23:50:00 | E-mail | Çapa göndər


Bir vaxtlar Amerika prezidenti olmuş Harri Trumen İkinci Dünya müharibəsindən sonra Yaponiyanın Xrosima şəhərinə atılan atom bombasından sonra bəyan etmişdi ki, əgər bu bomba mən dediyim kmi partlasa, bu, gələcəkdə mənim əlimdə böyük alət olacaq. Təbii ki, bəlkə də mən onun dediklərində yanlış üslub xətasına yol verə bilərəm, lakin o bunları deyərkən, daha çox Sovet İttifaqını nəzərdə tuturdu.
Deyəsən, tarix başqa məcradan yenidən təkrarlanır. ABŞ-ın "Stratfor" nəşrində bu movzuya yaxınlığı ilə seçilən məqalə dərc edilib. Məqalədə deyilir ki, Rusiyanın köməyi ilə Cənubi Osetiyanın mübahisəli ərazisi Gürcüstanın içərilərinə döğru “irəliləyir”. Təbii ki, belə bir genişlənmənin hər hansı bir qarşıdurmaya gətirib çıxara bilmə ehtimalı da çox azdır. Bu ayın birinci ongünlüyündə Rusiya tərəfindən dəstəklənən Cənubi Osetiya ordusu birtərəfli qaydada Gürcüstanın sərhəd kəndləri olan Tsitelubani və Orçosanini yaxınlığında sərhəd işarələri quraşdırıblır. Qeyd edilməlidir ki, BP tərəfindən idarə olunan «Bakı-Supsa» boru kəmərinin 1605 metri bu ərazidən keçir. Çox böyük ehtimalla bunun güclülüyün rəmzi nümayişini əks etdirən bir şou olmasına baxmayaraq, eyni zamanda ümumi bir tendensiyanın da təzahürü kimi görünür. Artıq neçə illərdir ki, Cənubi Osetiyanın sərhədləri yavaş-yavaş Gürcüstanın içərilərinə doğru hərəkət edir. Əlbəttə, bütün bunlar bir neçə faktorlarla əlaqələndirilə bilər. Bu ilk növbədə, rus ordusunun bu ərazilərdəki kövrək mövqeyi və Qərbin Qara dəniz regionunda hərbi iştirakının gücləndirilməsi ilə əlaqələndirilir. Lakin bütün baş verənlərə rəğmən, Rusiyanın bu ərazilərdə yaxın gələcəkdə hər hansı genişmiqyaslı hərbi kampaniya keçirməsi inandırıcı görünmür. Xatırlatmaq yerinə düşər ki, Sovet İttifaqı dağıldıqdan sonra Rusiyanın dəstək verdiyi Cənubi Osetiya ilə Gürcüstan arasında baş verən müharibədən sonra Rusiya özü çətin duruma düşmüşdü. Lakin 2008-ci il müharibəsi zamanı Rusiyanın Gürcüstan üzərində hərbi üstünlüyü danılmaz idi. Bütün bunların ardınca rus ordusu çətin strateji problemlə üz-üzə qaldı. Problemin əsas mahiyyəti ondan ibarət idi ki, Abxaziyadan fərqli olaraq, Rusiya ilə heç bir sərhədi olmayan bu ölkəni necə müdafiə etməli?
Əslində, Cənubi Osetiya demək olar ki, tamamilə Gürcüstanın ərazisində yerləşirdi. Ölkənin böyük strateji əhəmiyyət kəsb edən paytaxtı Sxinvali isə əsas Qafqaz dəhlizinə aparan yolun üzərində yerləşirdi. Bundan əlavə, Gürcüstanla separatçı regionlar arasındakı təmas xəttində nə bir çay, nə də dağ massivi yoxdur.
Qeyd edək ki, Rusiya və Qərb arasında ciddi qarşıdurma fonunda artan hərbi təsir baxımından Cənubi Qafqazda Qərbin siyasi vəziyyəti də dəyişir. Hazırda Rusiya üçün ciddi problem Gürcüstanın Avropa İttifaqına daxil olmaq üzrə götürdüyü öhdəlikdir. Bundan əlavə, Moskva bu regiondakı dövlətlərin hərbi əməkdaşlıqlarının möhkəmləndirilməsindən çox narahatdır. Çox güman ki, Gürcüstan ordusunun ABŞ və NATO silahlı qüvvələri ilə birgə hərbi təlimlərdə iştirak etməsi də Rusiyanı qane etmir. İstisna deyil ki, Rusiya üçün BP-nin Gürcüstan ərazisindən keçən boru kəmərləri böyük maraq kəsb edir. Lakin Azərbaycandan Qara dəniz limanlarına-Türkiyəyə çıxan magistral ticarət marşrut yolu da böyük əhəmiyyət kəsb edir. Doğrudur, neft kəmərləri heç bir zərər görməyib. Bütün bunlara rəğmən, BP üçün əhəmiyyətli iki boru kəməri -«Bakı-Supsa» və «Bakı-Tbilisi-Ceyhan»ın bu bölgədə olması və onların yaxınlığında Rusiyanın hərbi iştirakının artması bir növ Qərbə siqnaldır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Çində ağır yol qəzasında 20 nəfər ölüb, 30 nəfər yaralanıb
23.02.2019
Nigeriyada prezident və parlament seçkiləri keçirilir
23.02.2019
Venesuela Kolumbiya ilə sərhədi bağladı
23.02.2019
Sudan prezidenti bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib
22.02.2019
100 mühafizəkar Tereza Meyi Brexiti təxirə salmağa məcbur etmək istəyir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info