Müsavat üzvü yeni partiya yaradır
Tarix: 29.07.2015 | Saat: 23:59:00 | E-mail | Çapa göndər


“Ağ blok” müxtəlif partiyalarda təmsil olunan, lakin həmin təşkilatlarda yetərincə dəstəklənməyən gənclərin parlament seçkilərində birgə iştirakını təmin etmək məqsədilə yaradılıb”. Bunu APA-ya açıqlamasında Müsavat başqanlığına sabiq namizəd Tural Abbaslı deyib.
O, həmtəsisçisi olduğu “Ağ blok”un gələcək fəaliyyəti, formatı barədə fikirlərini açıqlayıb: “Bizim üçün önəmli olan yeni simaların siyasi arenaya çıxmasıdır. Azərbaycan cəmiyyətində artıq ənənəvi müxalifətdə olanlara inam yoxdur. Cəmiyyətimiz bəzi siyasətçilərin nəticəsi olmayan fəaliyyətindən yorulub. Bu baxımdan xalqın sosial sifarişini nəzərə alaraq belə bir bloku təsis etmək qərarına gəldik. İlkin mərhələdə hədəfimiz Azərbaycanda keçiriləcək parlament seçkiləridir. Bu seçkilərdə biz istər Bakı, istərsə də regionlardan olan gənc namizədlərlə təmsil olunmaq niyyətindəyik”. Onun sözlərinə görə, blok gələcəkdə partiyaya çevrilə bilər: “Seçkidən sonra da blokun fəaliyyətini davam etdirmək niyyətindəyik. Sadəcə, formatını, daxili strukturunu müəyyənləşdirəcəyik. Blokun gələcəkdə partiyaya çevriləcəyini də istisna etmək olmaz. Ancaq bütün bunlar sonrakı mərhələdə baş tutacaq. Blok qarşısına qoyduğu məqsədlərə çata biləcəksə, onun formatını dəyişəcəyik. Ümid edirəm ki, fəaliyyətimiz uğurlu olacaq”. Müsavat Partiyası Mərkəzi İcra aparatının rəhbəri Gülağa Aslanlı isə açıqlamasında T.Abbaslının partiya yaradacağı təqdirdə Müsavatdan kənarlaşdırılacağını vurğulayıb: “Müsavat Partiyasının Nizamnaməsində açıq şəkildə yazılıb ki, başqa partiyanın üzvü, Müsavatın üzvü ola bilməz. Kimsə partiya yaradıb onun üzvü olacaqsa, Müsavat üzvlüyündən azad olunacaq”. Xatırladaq ki, Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlu da “Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatını yaradıb və bundan sonra partiyadan kənarlaşdırılıb.




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Avropa azərbaycanlıları Brüsseldə izdihamlı Qarabağ mitinqi keçirib
22.02.2019
Müxalifət kütləvi aksiyaları idarə edə bilmir
22.02.2019
Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
21.02.2019
Levan Çixeidze: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır
21.02.2019
Müxalifət mitinqlərlə bağlı məsuliyyətdən niyə qaçır?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 1400 manat maaşla sürücü axtarılır
5 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info