Yeqişe Gevorkyanın məhkəməsi başlayır
Tarix: 30.07.2015 | Saat: 00:05:00 | E-mail | Çapa göndər


Ermənistanda üzləşdiyi acınacaqlı vəziyyət və ifrat yoxsulluq səbəbindən bir neçə il əvvəl könüllü olaraq Azərbaycan tərəfə keçmiş Yeqişe Gevorkyan barəsində başlanmış cinayət işi üzrə istintaq başa çatıb, iş məhkəməyə verilib.
“News.am”ın verdiyi xəbərə görə, bu barədə Ermənistanın Məhkəmə departamentinin mətbuat xidmətinin məlumatında bidirilib. Qeyd edək ki, Ermənistan Respublikasının vətəndaşları, 1958-ci il təvəllüdlü Gevorkyan Eqişe Petrosoviç və onun ailə üzvləri - həyat yoldaşı 1982-ci il təvəllüdlü Mardanyan Ruzanna Genoyevna, oğlu 2002-ci il təvəllüdlü Gevorkyan Alfred Yeqişeviç, qızı 2003-cü il təvəllüdlü Gevorkyan Qayane Yeqişevna və oğlu 2006-cı il təvəllüdlü Mardanyan Petros Yeqişeviç 2010-cu il yanvarın 10-da üçüncü dövlət ərazisində yaşamaq niyyəti ilə qanunsuz olaraq Naxçıvan Muxtar Respublikası ərazisinə keçib və Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarına və 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyalarına hörmətlə yanaşaraq həmin şəxsləri 2014-cü il dekabrın 12-də qarşı tərəfə qaytarıb. Ermənistanın Milli Təhlükəsizlik Xidməti Y. Gevorkyan ailəsi birlikdə Naxçıvana keçəndə onun barəsində dövlət sərhədini qanunsuz keçmə maddəsi ilə cinayət işi açıldığını bildirmiş, o, ailəsi Ermənistana təhvil veriləndə isə həbs qətimkan tədbiri Ermənistandan çıxmama haqda iltizamla əvəzlənmişdi.




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Rusiya kəşfiyyatı ABŞ ordusunu nəzarətə götürür
17.01.2019
İki erməni əsgəri minaya düşdü
16.01.2019
“Rusiya hərbi bazasının bütün xərcləri Ermənistan dövlətinin büdcəsindən ayrılır”
16.01.2019
Lavrov: Rusiya növbəti Rusiya-İran-Azərbaycan sammitini hazırlayır
16.01.2019
Ermənistanda sığorta agentləri və vergi ödəyiciləri etiraz edirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info