“Bizdə əsas problem 2 və 3 ulduzlu hotellərin sayının az olmasıdır”
Tarix: 30.07.2015 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


Ölkə Prezidentinin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında turizm və xidmət sektoru ilə bağlı səsləndirdiyi iradlardan sonra əksər hotellərdə qiymətlər endirilib.
Azərbaycan Turizm Assosiasiyasının prezidenti Nahid Bağırov bildirib ki, qurum Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə hotellərdə otaq nömrələrinin qiymətlərinin endirilməsi ilə bağlı işlər aparır, görüşlər keçirir: «Bunun nəticəsi olaraq, artıq əksər hotellər qiymət siyasətinə yenidən baxaraq müəyyən endirimlər edib, otaq nömrələrinin qiymətlərini minimum 20-30 faiz ucuzlaşdırıblar. Endirimlərin bundan sonra da davam etməsi gözlənilir və hazırda bu istiqamətdə bəzi tədbirlər həyata keçirilir. Biz bu barədə yaxın müddətdə ictimaiyyətə əlavə məlumat verəcəyik”.
Assosiasiya sədri onu da bildirib ki, əslində Gürcüstanla müqayisədə Azərbaycanda beşulduzlu hotellərin qiymətləri ucuzdur: «Gürcüstanda 5 ulduzlu hoteldə bir otaq nömrəsinin günlük qiyməti 320 dollar olduğu halda, Azərbaycanda bu qiymət 150-240 dollar arasında dəyişir. Gürcüstanda iki, üçulduzlu hotellər çox olduğundan turistlər bu hotellərdə qalmağa üstünlük verirlər. Bizdə iki, üçulduzlu hotellərin az olması bu baxımdan problem yaradır”.

Qədim abidələrin öyrənilməsi, tədqiqi, bərpa olunub turizm məhsulu kimi təqdim edilməsi çox vacibdir
Bu gün dünyada ənənəvi, sırf istirahət niyyətli turist səfərləri ilə yanaşı, təbiət, tarix, mədəniyyət abidələrini ziyarət, ayrı-ayrı ölkələrin mədəni irsi ilə tanışlıq məqsədli turlar da geniş yayılmaqdadır. Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru Eldar Aslanovun sözlərinə görə, ölkəmizdə turizm istiqamətinin inkişaf etdirilməsi üçün geniş imkanlar var və son illər bu sahədə bir sıra addımlar atılır: “Qobustan qoruğunda yeni beynəlxalq standartlara uyğun müasir muzey kompleksinin yaradılması, “Atəşgah” məbədində aparılan təmir-bərpa işləri milli-mədəni irsimizin öyrənilməsinə, onun turizm vasitəsilə dünyaya tanıdılmasına misaldır. Regionlarda tarix-mədəniyyət abidələrinin təmir-bərpası, tədqiqi və təbliği də mədəni turizmin inkişafına xidmət edir. Qədim Ağsu şəhər yerində arxeoloji muzey kompleksinin yaradılması buna nümunədir”. Prorektor hazırda Qafqaz Albaniyası ilə bağlı dövlət proqramının hazırlandığını bildirdi. Sənəd Azərbaycanın qədim dövlətçilik tarixində mühüm yeri olan Qafqaz Albaniyası irsinin təbliği, öyrənilməsi və turistik məqsədlər üçün istifadəsini də özündə əks etdirəcək: “Nəzərə alsaq ki, bu gün dünyanın bir çox ölkələrində turistləri qədim dövrün abidələri cəlb edir, onda Qafqaz Albaniyası dövrünə aid olan 600-dən çox abidənin turistlərdə böyük maraq doğuracağını təxmin etmək mümkündür. Bu abidələr Qəbələdə, Şəkidə, Gədəbəydə, ölkəmizin şimal və qərb bölgəsindəki digər rayonlarda mövcuddur. Onların öyrənilməsi, tədqiqi, bərpa olunub turizm məhsulu kimi təqdim edilməsi çox vacibdir. Beləliklə, biz mədəni irsimizi turizm nümayiş obyekti olaraq təbliğ etməklə həm onların yaşadılmasına, gələcək nəsillərə çatdırılmasına nail oluruq, eyni zamanda da ölkəmizə çoxsaylı turistlərin gəlməsinə şərait yaradırıq”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
“Qoy əfqan xalqı öz liderini özü seçsin“
22.02.2019
Özəl telekanallarda yayımlanan bayağı seriallar bizi çox narahat edir
22.02.2019
Müxalifət özü də bilir ki, bu aksiyalar mənasızdır, xalqın iradəsini ifadə etmir
22.02.2019
“Talibana hərbi təzyiq göstərməyə davam edəcəyik“
22.02.2019
Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizinin regional qovşaqlarından biridir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 1400 manat maaşla sürücü axtarılır
5 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info