“Ukrayna, Gürcüstan və Ermənistan Yunanıstanın taleyini yaşaya bilər”
Tarix: 30.07.2015 | Saat: 00:54:00 | E-mail | Çapa göndər


Alman nəşri “FinanzNachrichten” yazır ki, Ukrayna, Gürcüstan və Ermənistan Yunanıstanın taleyini yaşaya bilər: “Avropa üçün bu, geopolitik xərclər deməkdir. Yunanlara nə olarsa, digər qeyd edilənlər üçün də mümkündür: maliyyə sferasının ekspertləri Yunanıstanda dövlət borclarının bir hissəsinin ləğv edilməsi ilə bağlı situasiyaya diqqət çəkirlər və “domino effekti” barədə xəbərdarlıq edirlər.
Bu barədə yazan müəllif Hans Berneker bildirir ki, siyahıda növbəti ölkə Ukraynadır. Həmçinin, Ermənistan və Gürcüstan da onun ardınca gələ bilər. Məqalə müəllifi istisna etmir ki, Türkiyə də borcların azaldılması ilə bağlı müraciət təqdim etsin: “Artıq bir neçə gündür görünür ki, Ukraynanın Qərb qarşısında borcların azaldılması ilə bağlı tələb qaldırmaq planı var. 4 həftə öncə Kiyev yeni kredit götürüb, amma indi onun nominal həcminin 40 faizi dəyərində borclarını azaltmaq istəyir. Ukrayna artıq avqustda ilk istiqrazları ödəməlıdir”.

“Müəyyən ölkələr hadisələrin bu cür inkişafı nəticəsində bu situasiyaya düşə bilərlər. Bu cür ölkələr ikitərəfli danışıqlar nəticəsində böyük kreditlər götürən və eləcə də borcları istiqraz bazarında qeydə alınmayan ölkələrdir. Bu cür ölkələrə Gürcüstan və Ermənistan da aid edilir”

Müəllifin fikrincə, Ukraynaya əsas maliyyə Avropa tərəfindən ayrılıb, burada amerikanların payı o qədər də böyük deyil. Bununla belə, Yunanıstan amerikanlar üçün də geopolitik yükdür. Avropalılar üçün isə hadisələrin bu cür inkişafı 14-16 milyard dollar avro zərərlə nəticələnə bilər.

Ukraynanın Qərb qarşısında borcların azaldılması ilə bağlı tələb qaldırmaq planı var. 4 həftə öncə Kiyev yeni kredit götürüb, amma indi onun nominal həcminin 40 faizi dəyərində borclarını azaltmaq
istəyir


Müəllif yazır ki, hazırda dövlət borclarını azaltmaq taktikasına rəhbərlik edən yeni namizəd yoxdur: “Amma müəyyən ölkələr hadisələrin bu cür inkişafı nəticəsində çətin situasiyaya düşə bilərlər. Bu cür ölkələr ikitərəfli danışıqlar nəticəsində böyük kreditlər götürən və eləcə də borcları istiqraz bazarında qeydə alınmayan ölkələrdir. Belə ölkələrə Gürcüstan və Ermənistan da aid edilir”.
Türkiyəyə gəldikdə isə müəllif hesab edir ki, bu ölkə indiyə qədər borclu ölkə kimi pis olmayıb: “Amma Türkiyə lirəsi “oynamaqdadır” və indiyə qədər də qeyri-stabillik nümayiş etdirir. Türkiyədə gərginlik yetərincə təhlükəlidir.”
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info