Türkiyədə polisə silahlı hücum-2 ölü
Tarix: 30.07.2015 | Saat: 17:03:00 | E-mail | Çapa göndər


Türkiyənin cənub-şərqində Diyarbəkir vilayətində polis avtomobilinə silahlı hücum baş verib. Bu barədə “Milliyet” qəzeti xəbər verir. Məlumata əsasən, polis və bir mülki vətəndaş həyatlarını itiriblər. Yaralanan digər bir vətəndaş isə xəstəxanaya çatdırılıb.
Həmçinin Türkiyənin Hakkari vilayətində naməlum şəxslər ölkənin Milli Kəşfiyyat Agentliyinin (MİT) regional şöbəsinin binasına hücum ediblər. Məlumata görə, hücum nəticəsində xəsarət alanlar olmasa da, bina ciddi zərər görüb. Hadisə barədə əlavə məlumatlar verilmir.
Ümumiyyətlə son dövrlərdə Türkiyənin keçirdiyi antiterror əməliyyatlarından sonra hərbçilərə və jandarmaya qarşı hücumlar da artıb. Bununla belə Türkiyə hökuməti bütün bu aqressiv hücumlara kəskin cavab verir. Terrorçu Kürd Fəhlə Partiyasının (PKK) fasiləsiz hücumları Türkiyə hökumətini antiterror əməliyyatlarını genişləndirməyə məcbur edib. Artıq ölkədəki vəziyyət Türkiyə Böyük Millət Məclisinin (TBMM) növbədənkənar iclasında müzakirə olunub. PKK-nın siyasi qolu hesab olunan Xalqların Demokratik Partiyasını (HDP) təmsil edən deputatların əsassız çıxışlarına hökumət nümayəndələri, o cümlədən Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkilləri tərəfindən sərt reaksiya verilib. Parlamentdəki çıxışların əksəriyyətində qeyd olunub ki, ölkədə sabitliyin qorunmasının yeganə yolu PKK ilə mübarizənin sərtləşdirilməsi, terrorçu qüvvələrin tam şəkildə zərərsizləşdirilməsidir.
Yerli mətbuatın məlumatına görə, BMT-nin baş katibi Pan Gi Mun da PKK-nin terrorçu fəaliyyətinə kəskin etiraz edib. “Hürriyyət” qəzeti yazır ki, Prezident Rəcəb Tayyib Ərdoğanın Çin Xalq Respublikasına səfəri zamanı bu ölkənin rəhbərliyi Türkiyənin PKK və “İŞİD”ə qarşı mübarizəsini dəstəklədiyini bildirib. ABŞ və bəzi Avropa dövlətləri də Türkiyənin antiterror əməliyyatlarına dəstək veriblər.
Türkiyənin dövlət rəsmiləri “İŞİD”, PKK və DHKP-C terrorçu təşkilatlarına qarşı mübarizənin qətiyyətlə davam etdiriləcəyini bildiriblər. Terrorçular tərəfindən qaçırılmış dövlət məmurlarının isə axtarışı davam edir. Ağrı valiliyinin məlumatına görə, bölgədə aparılmış əməliyyat nəticəsində iki terrorçu öldürülüb, ikisi isə yaralanıb.
Həmçinin Türkiyə Silahlı Qüvvələrinin qırıcıları raket zərbələri ilə terrorçu qüvvələrin yerləşdikləri onlarla məntəqəni məhv edib. PKK hədəflərinin üzərində şəhid məmurların adı yazılmış raketlərlə vurulması terrorçuları daha da təşvişə salıb. Ən son məlumata görə, son günlər həyata keçirilmiş hava zərbələri nəticəsində 190-dan çox terrorçu öldürülüb, 300 nəfər yaralanıb. HDP-nin həmsədri Səlahəddin Dəmirtaşın qardaşı terrorçu Nurettin Demirtaşın da yaralılar arasında olduğu bildirilir.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.04.2019
Şri-Lankada bir neçə kilsədə və oteldə partlayışlar baş verib: 160 ölü, 360 yaralı
21.04.2019
Fransada etirazlar zamanı 14 polis yaralanıb
20.04.2019
Әfqanıstanda terror aktı, ölәn var
20.04.2019
Parisdə “sarı jiletlilər“in aksiyasında 70-ə yaxın saxlanılan var
20.04.2019
Putin Şimali Koreya lideri ilə görüşəcək

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info