Qeydiyyat yerlərindən asılı olmayaraq, bütün vətəndaşlara “ASAN xidmət” mərkəzlərində xidmət göstəriləcək
Tarix: 30.07.2015 | Saat: 17:38:00 | E-mail | Çapa göndər


“ASAN xidmət” mərkəzlərinin sayı artdıqca respublika miqyasında qeydiyyatından asılı olmayaraq, bütün mərkəzlərdə istənilən vətəndaşa xidmət göstəriləcək. Bunun üzərində iş gedir. Bu məsələdə bizə çətinlik yaradan əsas amil bütün regionlarda “ASAN xidmət” mərkəzlərinin olmamasıdır”.
Bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev deyib. Sədr müavini bildirib ki, növbəti ildən Qəbələ və Masallı şəhərlərində “ASAN xidmət” mərkəzləri fəaliyyətə başlayacaq: “Bununla da ölkə üzrə bütün mərkəzlərdə qeydiyyat yerindən asılı olmayaraq istənilən vətəndaşa xidmət göstərə biləcəyik”. Ü. Mehdiyevin sözlərinə görə, ümumilikdə respublikadakı 9 “ASAN xidmət” mərkəzi 6 milyon 500 min vətəndaşı əhatə edib ki, onlardan da 5 milyon 700 min nəfərə xidmət göstərilib: “Bu da o deməkdir ki, əhalinin 90 faizi “ASAN xidmət” mərkəzlərinin xidmətlərindən yararlana bilib”. Sədr müavini qeyd edib ki, səyyar avtobuslar vasitəsilə isə 200 min vətəndaşa xidmət göstərilib: “Avtobuslar bütün ölkəni əhatə edir. Səyyar avtobuslar 6 regionda vətəndaşlara xidmət göstərir. Hazırda səyyar xidmət avtobuslarının sayı 10-a çatdırılıb və hamısı xidmət göstərir”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Neftçalanın Ərəbqardaşbəyli kəndinə təbii qaz verilib
26.09.2018
AccessBank taksi xidmətləri üzrə tender elan edir
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info