Azərbaycana Dünya Bankı tərəfindən təklif
Tarix: 30.07.2015 | Saat: 17:38:00 | E-mail | Çapa göndər


Dünya Bankı tərəfindən (DB) Azərbaycan Mərkəzi Bankı nəzdində İpoteka Fondunun (AİF) səhmləşməsi təklif edilir. Bunu Dünya Bankının (DB) Cənubi Qafqazda Maliyyə və Özəl Sektor üzrə ölkə əlaqələndiricisi Anjela Priqojina deyib. Ekspert bildirib ki, AİF-in bazar dəyərinin qiymətləndirilməsinə imkan yaratmaq üçün Fondun səhmləşməsi məntiqli addım olardı: “Bu da öz növbəsində böyük həcmdə resursların cəlb edilməsi ilə bağlı imkanları genişləndirəcək”.
A.Priqojina qeyd edib ki, belə fondlarda mülkiyyət qarışıq ola bilər: “Hər şey AİF-in özəlləşdirilməsindən asılıdır. Düşünürük ki, hazırda özəlləşdirilmə üçün uyğun zaman deyil. Ancaq Fondun fəaliyyətini genişləndirmək və işini təkmilləşdirmək də lazımdır. Ümumilikdə AİF-in kifayət qədər çox imkanı var”.
DB əlaqələndiricisi bildirib ki, Fond tərəfindən buraxılan ipoteka istiqrazları, həmçinin sosial ipoteka proqramı çərçivəsində AİF-in aldığı dövlət yardımı azdır: “Hesab edirik ki, fəaliyyətinin gələcəkdə genişləndirilməsi, yeni daxili və xarici resursların cəlb olunması üçün Fondun böyük imkanları var. Daxili əməliyyat prosedurlarının təkmilləşdirilməsi və Fondun fəaliyyətinin effektivliyini artırmaq üçün AİF ilə birgə məsləhət proqramlarının həyata keçirilməsinə başlamışıq. Fond və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə qiymətli kağızların hansı alətlərini inkişaf etdirə biləcəyimizlə bağlı məsələləri müzakirə edirik. Bu, AİF də daxil olmaqla müxtəlif emitentlərə əlavə resurslar cəlb etmək üçün imkan yaradacaq”.
A.Priqojina qeyd edib ki, hazırda Fond çox ucuz resurslarla işləyir, bu da hamıya çatmır: “Kommersiya banklarının işlədiyi ipoteka kreditlərinin həcmini nəzərə alsaq, deyə bilərik ki, əhalinin yüksək kredit faizləri ilə olsa da belə, ipotekayla mənzil almaq istəyi var. Azərbaycanda ipoteka kreditinin inkişafı üçün böyük imkanlar var”.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir
15.11.2018
Fransada keçirilən Forumda Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info