AİB dəmiryol kreditini yeni layihələrə yönəldır
Tarix: 30.07.2015 | Saat: 17:39:00 | E-mail | Çapa göndər


Asiya İnkişaf Bankı (AİB) Bakı-Sumqayıt dəmir yolunun bərpasına ayırdığı krediti ölkənin dəmiryolunun digər hissəsinin maliyyələşdirilməsinə yönəltməyə hazırdır.
Bu barədə “Trend”ə bankın Bakı nümayəndəliyindən məlumat verilib. Hazırda Bakı-Sumqayıt dəmiryolu xəttinin bərpası dövlət vəsaiti hesabına həyata keçirilir. Artıq dəmiryol xəttinin 63 kilometrindən 52 kilometri yenilənib. Əlavə olaraq 1,6 kilometr çəkiləcək.
Nümayəndəlikdən bildirilib ki, nə bank, nə də Azərbaycan hökuməti kreditdən imtina etmədiyinə görə, Bankın Direktorlar Şurası tərəfindən kreditin təsdiq müddəti 2016-cı il sentyabrın 22-nə keçirilib: “Kredit vəsaiti Bakı-Sumqayıt dəmir yolunun genişlənməsinə qoyula bilər və ya hökumətin təklifindən asılı olaraq, başqa hissə seçilə bilər”.
Məlumatda qeyd edilir ki, dəmiryol layihəsi AİB-in 2015-2017-ci illərdə Azərbaycan üzrə biznes planına ehtiyat layihə kimi daxil edilib: “Azərbaycanın enerji sisteminin təkmilləşdirilməsi ilə bağlı layihəni 3 il təxirə saldıq. Çünki ölkənin Maliyyə Nazirliyi bu layihə üçün kredit almağa hazır deyildi. Ancaq bu il hökumət bu layihənin həyata keçirilməsinə razılıq verdi. Analoji vəziyyət dəmiryol layihəsində də müşahidə edilir. Hökumət müzakirəyə başlamaq qərarına gəlməyənədək, layihəni təxirə salacağıq və ya ondan imtina edəcəyik”.
Məlumatda qeyd edilir ki, hazırda AİB-nin 2015-2017-ci illər üçün biznes planı Nazirlər Kabinetinə təqdim edilib.




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
Azərbaycan 5 ayda 1 milyard dollarlıq təbii qaz ixrac edib
17.07.2019
SOCAR İstiqrazlarının sahibləri 13.75 milyon dollar qazanıb
17.07.2019
Magistral kəmərlərlə təbii qaz nəqli 20 faizədək artıb
17.07.2019
“Azeri Light”ın bir barreli 68,5 dollardan baha satılır
17.07.2019
Azərbaycanda qızılgül yığımında məhsuldarlıq 20 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10829

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info