Rusiyadan Azərbaycana pul köçürmələri azalıb
Tarix: 30.07.2015 | Saat: 18:08:00 | E-mail | Çapa göndər


Bu ilin I rübündə pul köçürmə sistemləri vasitəsilə Rusiya və Azərbaycan arasında transfertlərinin həcmi 182 mln. dollara çatıb. Rusiyanın Mərkəzi Bankının məlumatına görə, bu 2014-cü ilin I rübü ilə müqayisədə 109 mln. manat və ya 37,4% azdır. Məlumata görə, bu ilin 3 ayında Rusiyadan Azərbaycana 126 mln. ABŞ dolları həcmində vəsait köçürülüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 124 mln. ABŞ dolları və ya 49,6% azdır. Qeyd edək ki, bu ilin ilk üç ayında hər əməliyyat üzrə orta hesabla 419 ABŞ dolları köçürülüb. Xatırladaq ki, 2014-cü ilin I rübündə pul köçürmə sistemləri vasitəsilə Rusiyadan Azərbaycana 250 mln. ABŞ dolları göndərilib. Bu zaman hər əməliyyat üzrə pul köçürmənin orta məbləği 609 ABŞ dolları olub.
Azərbaycandan Rusiyaya pul köçürmələrinin həcminə gəlincə, burda artım müşahidə olunub. Belə ki, bu ilin yanvar-mart aylarında hər əməliyyat üzrə orta məbləğ 700 ABŞ dolları olmaqla ölkəmizdən şimal qonşumuza ümumilikdə 56 mln. ABŞ dolları həcmində pul köçürülüb. Bu isə 2014-cü ilin müvafiq dövründəkindən 15 mln. ABŞ dolları və ya 36,6% çoxdur. Başqa sözlə, ötən ilin ilk rübündə Azərbaycandan Rusiyaya hər əməliyyat üzrə orta məbləğ 754 ABŞ dolları olmaqla ümumilikdə 41 mln. ABŞ dolları həcmində vəsait daxil olub.

Tural




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
Türkiyə və Yunanıstan arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
22.05.2019
Türkiyənin Ali Seçki Komissiyası ölkədə keçirilmiş seçkilərə dair son qərarını açıqlayıb
22.05.2019
Ermənilər işsizliyi ölkədənin ən ağrılı problemi hesab edirlər
22.05.2019
Ankara Rusiyaya hərbçilər göndərir: S-400-lərin istifadəsini öyrənəcklər
22.05.2019
Türkiyə 22 adda ABŞ mallarına rüsumu iki dəfə azaldıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info