Aqrar Universitetinin tələbələri Türkiyə, Belçika və İngiltərədə təcrübə keçəcəklər
Tarix: 30.07.2015 | Saat: 18:30:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alan tələbələrin təcrübi bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təhsil müəssisəsində ardıcıl və sistemli tədbirlər həyata keçirilir. ADAU-nun mətbuat xidmətindən verilən məlumata görə, universitetin maddi-texniki bazasının müasir standartlara uyğun yenidən qurulması ilə yanaşı, tələbələrin dünyanın inkişaf etmiş ölkələrinin elmi-tədqiqat, təhsil və istehsalat müəssisələrində təcrübə keçmələri üçün əməkdaşlıq əlaqələri qurulur, birgə layihələr həyata keçirilir. 2005-ci ilin sentyabr ayında fəaliyyətə başlamış, ağır texnika və yük avtomobillərinin Azərbaycana idxalını və satışını həyata keçirən, dünyanın 14 aparıcı şirkətinin rəsmi təmsilçisi olan “Grand Motors” Məhdud Məsuliyyətli Cəmiyyətinin dəstəyi ilə ADAU-nun mühəndislik fakültəsinin 5 tələbəsi 2015-ci ilin 7 sentyabr-4 oktyabr tarixlərində Türkiyə (Ankara), Belçika (Zedelgem) və İngiltərədə (Basildon) New Holland texnikaları istehsal edən zavodlarda təcrübə keçəcəklər. Aqromühəndislik ixtisası üzrə 3-cü kurs tələbələri Asif İsmayılov, Elnur Baloğlamov, Nurlan Əhmədov, 2-ci kurs tələbəsi Sultan Eyvazəliyev, “maşın mühəndisliyi” ixtisası üzrə 3-cü kurs tələbəsi İbrahim Əsgərov “Grand Motors” MMC tərəfindən keçirilmiş imtahanlarda seçiliblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info