Xəzər dənizinin çirklənmə problemi tam aradan qaldırılacaq
Tarix: 30.07.2015 | Saat: 19:43:00 | E-mail | Çapa göndər


Abşeron rayonunun çirklənmiş ərazilərinin böyük hissəsi çirkabdan təmizlənib. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova deyib.
Onun sözlərinə görə, bu istiqamətdə görülən işlər öz bəhrəsini verməkdədir.
Ölkədəki ekoloji durumun yaxşılaşdırılması ilə bağlı aparılan monitorinqlərin əvvəlki illərlə müqayisədə ürəkaçan olduğunu deyən direktor müavini hesab edir ki, görülən işlər davam etdirilməlidir: “1990-cı illərə qədər Abşeron torpaqlarında çirklənmiş ərazilər 1000 hektarlarla idi. Artıq o ərazilər xeyli azalıb. Çirklənmiş ərazilər təmizlənərək istifadəyə verilib. Amma təbii ki, bu son deyil, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bu istiqamətdə işlər davam etdirilir”.
M.Avazova Xəzər dənizinin suyunun təmizlənməsi yönündə aparılan işlərə də toxunaraq bildirib ki, monitorinqlərin nəticələri məqbuldur: “Dəniz suyunu həm biz, həm də Səhiyyə Nazirliyi monitorinq edirik. Artıq ərazidən keçən çirklənmiş mənbələrdə çirkabların qarşısı alınıb. Bu baxımdan çox böyük işlər görülüb. Düşünürəm ki, yaxın gələcəkdə dəniz suyunun çirklənmə problemini tamamıilə aradan qaldırmağa müvəffəq olacağıq”.




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info