TUMİB Yasamal rayonu İcra Hakimiyyəti ilə birgə dini radikalizmə qarşı tədbir keçirib
Tarix: 30.07.2015 | Saat: 20:54:00 | E-mail | Çapa göndər


30 iyul tarixində Yasamal rayon Heydər Əliyev Mərkəzində Yasamal rayon İcra Hakimiyyəti və “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) birgə təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Gənclər arasında azərbaycançılığın təbliğində dini maarifçiliyin rolu” layihəsi çərçivəsində tədbir keçirildi.
Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova, TUMİB-in sədri Çingiz Bayramov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbə müdirinin müavini Ceyhun Əliyev, TUMİB-in Elmi Araşdırmalar və Tədqiqatlar Mərkəzinin rəhbəri Əli Fərhadov, Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının nümayəndələri və rayon gəncləri iştirak etdilər.
İlk öncə qonaqlar Mərkəzin “Muzey” bölməsində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, ümummilli liderin əziz xatirəsini yad etdilər.
Yasamal rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova tədbiri giriş sözü ilə açıq elan edərək, mövzunun aktuallığı haqda ümumi məlumat verdi.
Daha sonra TUMİB-in sədri Çingiz Bayramov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbə müdirinin müavini Ceyhun Əliyev layihənin həyata keçirilməsindəki məqsədin gənclərimizə azərbaycançılıq məfkurəsinin təbliğində dini maarifçiliyin rolu haqqında məlumat vermək, ölkəmizdə vətənpərvər ruhlu, ziyalı, eyni zamanda öz dini dəyərləri və multikulturalizm haqqında məlumat sahibi olan, dini tolerantlığa və dini dözümlüyə sahib gənclərin yetişməsinə çalışmaq olduğunu vurğulayaraq, milli ideologiyanın təbliğində gənclərə böyük vəzifə düşdüyünü də qeyd etdilər.
Daha sonra tədbirdə TUMİB-in Elmi Araşdırmalar və Tədqiqatlar Mərkəzinin rəhbəri Əli Fərhadov, Türkiyənin Üsküdar Universitetinin sosiologiya kafedrasının müdiri, sosiologiya elmləri doktoru Əbülfəz Süleymanlı, TUMİB İdarə Heyətinin üzvü Seymur Verdizadə, TUMİB-in Mətbuat Xidmətinin rəhbəri Səbinə Novruzzadə, TUMİB-in Gənclər Mərkəzinin sədri Gülər Qasımlı, Yeni Azərbaycan Partiyasının Yasamal rayon gənclər təşkilatının sədr müavini Elməddin Əmirov və rayonun digər gəncləri çıxış edərək milli və dini radikalizmin zərərlərindən bəhs etdilər və Ulu Öndər Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” fikri müstəqil Azərbaycan dövlətinin ideologiyasının əsas təməlidir və dahi şəxsiyyət tərəfindən sistemləşdirilən azərbaycançılıq məfkurəsi hər bir azərbaycanlı gənc üçün qürur mənbəyi olmalidir” fikirləri səsləndi.
Tədbirin sonunda gənclərlə layihə çərçivəsində diskussiya keçirildi.






 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info