“La Tribune”: “2012-ci ildə Moskva 15 milyard dollardan çox dəyəri olan silah ixrac edib”
Tarix: 01.02.2013 | Saat: 16:44:00 | E-mail | Çapa göndər


“La Tribune” qəzetinin məlumatına görə, Ərəb inqilabının baş verməsinə və innovasiyaların olmamasına baxmayaraq, Rusiya yeni postsovet rekordu göstərərək 2012-ci ildə 15 milyard dollardan çox dəyəri olan silah ixrac edib.
Nəşrdə qeyd edilir ki, “Rusiya silah istehsalçılarının keyfiyyətli avadanlıqların vaxtında çatdırılması çətinlikləri ixrac üçün əsas maneələrdən biri olaraq qalır və zaman keçdikcə bunu Hindistan kimi digər müştərilər - tədarükçülər sayəsində aradan qaldırmaq olar. Ümumiyyətlə, Rusiya silah ixracında Fransa və Böyük Britaniyanı qabaqlayaraq dünya lideri ABŞ-dan geri qalır. Rusiya İnkişaf Etməkdə Olan Ölkələrin bazarlarında dörd silah növünə görə bütün ölkələri, o cümlədən ABŞ-ı qabaqlayır: bunlar qırıcılar, Hava Hücumundan Müdafiə sistemləri, vertolyot və tanklardır. Bundan başqa, Moskva öz müştərilərinin uzun siyahısına Qana, Oman, Tanzaniya və Əfqanıstanı da əlavə edib. Hərçənd ki, bu ölkələr Liviya və Suriya kimi böyük sifarişçiləri əvəz edə bilməzlər”.
“Ekspertlər hər il bildirirlər ki, növbəti illərdə Rusiya Hərbi-Sənaye Kompleksinin texniki tərəqqisinin olmaması nəticəsində rekordlar dəyişərək ixracın azalması müşahidə olunacaq. Artıq, rus qırıcıları SU-30MK2, SU-17 və SU-33, eləcə də Avropa və Sovet vertolyotlarının dəqiq oxşarlarının istehsalına başlayan Çinə silah tədarükünün azalması qaçılmaz olacaq”, - deyə qəzetdə qeyd olunur.
Silah sahəsində bir rusiyalı ekspert isə qəzetə müsahibəsində 15 milyard dollar rəqəminə şübhə ilə yanaşdığını bildirib. “Onlar nə istəsələr danışa bilərlər. Çünki bu rəqəmi yoxlamaq, onsuz da, mümkün deyil. Bundan başqa, hansı məbləğ istehsalçılara qayıdır və hansılar vasitəçilərin cibində yox olur?”, - deyə nəşr sitat gətirir. Sonda nəşr xatırladır ki, “Transparency İnternational” Rusiyanı Hərbi-Sənaye Kompleksi korrupsiyadan müdafiə olunan ölkələr qrupuna daxil edib.
N.ABBASOVA





 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info