Ermənistanda bədnam konstitusiya islahatlarına qarşı narazılıq artır
Tarix: 30.07.2015 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


Ermənistanda etiraz aksiyaları və çalxalanma daha da alovlanıb. İrəvanda aksiyalar yenidən vüsət alıb. Orada bir sıra ictimai-siyasi qurumlar və hərəkatlar etiraz aksiyalarını gücləndiriblər. Məsələn, "Ayağa qalx, Ermənistan" hərəkatı sosial tələblərlə təkrar etiraz aksiyalarına başlayıb. Polis etirazçıların qarşısını güc tətbiq edərək alır. Etirazçılar isə irəli sürdükləri sosial tələblərin avqustun 1-dək yerinə yetirilməyəcəyi təqdirdə etirazların davam edəcəklərini bildiriblər. Belə ki, yuxarıda qeyd edilən hərəkatın üzvləri avqustun 1-dək elektrik enerjisi tarifləri barədə qərarın ləğv edilməsini tələb edirlər. Onlar tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə etiraz aksiyalarını davam etdirəcəklərini, əsas magistral yolları bağlayacaqlarını, oturaq aksiyaya keçəcəklərini deyiblər. Hökumət isə geri çəkilməyəcəyini nümayiş etdirməyə çalışır.
Ölkədə daha bir etiraz dalğası konstitusiya islahatları ilə bağlıdır. Belə ki, Konstitusiyanın yenidən formalaşdırılması üzrə xüsusi komissiya avqustun 1-də Ermənistan prezidenti Serj Sərkisyana Ermənistanın yeni konstitusiya layihəsini təqdim edəcək. Bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazır. Nəşr qeyd edir ki, parlamentdə təmsil olunan qüvvələrdən yalnız “Daşnaksütyun” yeni layihə barəsində mövqe bildirəcək. Belə ki, bu partiya tez bir zamanda bu barədə xüsusi bəyanatla çıxış edəcək.
Onu da qeyd edək ki, Ermənistanda gedən bədnam konstitusiya islahatlarının əleyhdarları yürüş hazırlayıblar. Bu barədə “Birinci informasiya” yazır. Bununla bağlı Matenadaran binasının qarşısında aksiya keçirilib. Bu aksiyadan dərhal sonra isə Ermənistan konstitusiya məhkəməsinin binasına tərəf yürüş keçirilib. Bu barədə “Facebook”da “Bədnam konstitusiya islahatlarına qarşı” təşəbbüsünün səhifəsində bildirilib. Orada qeyd edilir: “Bu il iyulun 24-də Azadlıq meydanında konstitusiyanın yenidən formalaşdırılması ilə bağlı mühakimələrdən xəbərsiz olan bir qrup bu cümə günü yenidən bu barədə ictimai mühakimələr keçirilməsini istəyir. Bu bizə aydın deyil, çünki biz hamısını, o cümlədən onları da ora dəvət etmişdik. Beləliklə, Milli müqəddəratı təyinetmə birliyi, “Qalx, Ermənistan” hərəkatı və digər qurumlar xalqı və ölkə vətəndaşlarını alçaldan bədnam islahatlara qarşı olan bütün insanları Matenadaranda toplanışa və Konstitusiya məhkəməsinin binasına tərəf yürüşə dəvət edir”.
“Trend”in şərhinə görə, Ermənistanda hadisələrin bu xronologiya ilə davam etməsi paytaxt Yerevan da daxil omaqla, ölkədə xaotik durumun daha da dərinləşməsindən xəbər verir. İqtisadi bataqlıqdan çıxa bilməyən Ermənistan hökuməti düşdüyü xaosdan çıxmaq üçün yollar axtarır. Bir dövlət olaraq inkişaf perspektivləri olmayan Ermənistanda isə çıxış yolları ölkənin daxili imkanları çərçivəsində deyil, kənardan axtarılır. Səfalətin, aclığın hökm sürdüyü ölkədə siyasi rəhbərlik hər zamankı kimi çıxış yollarını başqa dövlətlərin rəhbərlərinin qapısında “ianə” toplamaqda görür. Təbii ki, ermənilər hər zaman olduğu kimi bu “ianə”ləri ad və formalarını dəyişdirməklə, üstlərini hiyləgərliklə ört-basdır etməklə, don geyindirib bəzəməklə müxtəlif bəhanə və səbəblərlə alırlar. Hökumət aldığı bu vəsaitlərlə ölkədə partlayış həddinə gələn iqtisadi, sosial problemləri həll etməyə çalışır: “Artıq etirazçıların irəli sürdükləri sosial tələblərin yerinə yetirilməsi üçün verilən müddət bitmək üzrədir. Hökumətlə etirazçılar arasında danışıqların aparılması və ya tələblərlə bağlı hər hansı razılığa gəlinməsi üfüqdə görünmədiyindən ölkədə situasiya hər an nəzarətdən çıxa bilər. Ümumi razılığın olmaması, tələblərin yerinə yetirilməməsi etiraz aksiyalarına digər qüvvələrin də qoşulmasını, etiraz dalğasının genişlənməsini reallaşdırır. Bu isə Ermənistanda paytaxt və digər şəhərlərdə etiraz dalğasının böyüməsinə gətirib çıxaracaq.
Hökumət siyasi böhranın bir addımlığındadır. Ermənistanda hadisələrin bu məcrada baş verməsi masa üzərinə yeni təkliflərin qoyulmasını diktə edir. Bundan qaçan Ermənistan siyasi rəhbərliyinin çıxılmaz vəziyyətdə olduğu isə göz qabağındadır”.
Göründüyü kimi, Ermənistan hazırda ciddi sosial-siyasi təlatümlər burulğanına düşüb. Ermənistan hakimiyyətinin bu burulğandan sağ çıxması çox mübhəm görünür.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info