İstehsalda GMO bitkilərdən istifadəyə görə yoxlamalara başlanılıb
Tarix: 31.07.2015 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əmri ilə qanunvericiliyin tələbinə əsasən, genetik modifikasiya olunan bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılan kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunan bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsinin qarşısının alınması və istehlakçıların hüquqlarının qorunması məqsədilə bir sıra zəruri tədbirlərin görülməsi qərara alınıb.
Komitənin mətbuat xidmətindən verilən məlumata görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən ticarət şəbəkələri, satış nöqtələri və bazarlardan 20 adda məhsuldan nümunə götürülərək laborator müayinə üçün komitənin Təcrübə - Sınaq Mərkəzinin (AzTest) GMO məhsulların sınağı laboratoriyasına təqdim edilib. Bu nümunələr 5 adda düyü, 2 adda soya, qarğıdalı, qarğıdalı turşusu, yaşıl noxud, lobya, yemiş, qarpız, bulğur, arpa yarması, kartof çipsisi, sezar sousu, italyan ketçupu, badamlı və vaflili südlü şokolad məhsullarıdır. Artıq 4 adda düyü, 2 adda soya, qarğıdalı, qarğıdalı turşusu, yaşıl noxud, lobya, yemiş, qarpız, bulğur məhsullarından götürülən nümunələrin sınaqları başa çatıb. Sınaq nəticələrinə əsasən, adıçəkilən məhsulların tərkibində GMO aşkar edilməyib. Digər məhsulların sınağı isə davam edir. Sınaq nəticələri davamlı olaraq ictimaiyyətə açıqlanacaq. Məlumat üçün bildirək ki, “Yeyinti məhsulları haqqında” qanunun 9-cu maddəsi ilə yeyinti məhsullarının istehsalında genetik modifikasiya olunan bitkilərin genetik materiallarının istifadəsi qadağan olunub. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 28 aprel 2015-ci il 1266-IVQD nömrəli qanununa əsasən elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunan bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılan kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunan bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını istehsal etmə və həmçinin istehsal olunan məhsulları xeyli miqdarda bilə-bilə idxal etmə və ya satma üçün cinayət məsuliyyəti müəyyən olunub.
Rasim




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
Avtomobildən telefon oğurlayan şəxs saxlanılıb
18.03.2019
Masallı “ASAN Həyat” kompleksində möhtəşəm Bahar festivalı
18.03.2019
900 mindən çox pirotexniki vasitə aşkarlanıb
18.03.2019
Novruz bayramı ərəfəsində növbəti yarmarka təşkil olundu
18.03.2019
“Bu Novruz sənə nə gətirsin?”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info