Dünyanın məşhur muzeylərinin bəzəyi olan Quba xalçaları
Tarix: 31.07.2015 | Saat: 16:25:00 | E-mail | Çapa göndər


Qubanı turistlər üçün cazibədar edən əsas cəhətlərdən biri də qədim tarixə malik xalça sənətkarlığıdır. Buraya gələn əcnəbilər əsrarəngiz təbiət mənzərələri, dünyaya nümunə göstərilən tolerant mühit, qədim tarixi və mədəni abidələrlə yanaşı, adı dillər əzbəri olan xalçalarla da yaxından maraqlanırlar.
Quba xalçaları nəinki Azərbaycanda, hətta dünya ölkələrində də şöhrət qazanıb. Belə ki, bu regionun XVIII-XX əsrə aid Çiçi xalçaları Viktoriya və Albert (London), eləcə də Metropoliten (Nyu-York) muzeylərində nümayiş olunur.
Rayonda fəaliyyət göstərən “Qədim Quba” özəl xalçaçılıq müəssisəsinin direktoru Humay Məmmədova AZƏRTAC-a müsahibəsində bildirib ki, Quba xalçaları naxışlarının zənginliyi ilə fərqlənir. Onların ornamentlərinin böyük əksəriyyəti üslublaşdırılmış coğrafi və bitki motivləri ilə xarakterizə olunur.
Quba xalçaçılıq məktəbi özündə 35-ə yaxın ornament kompozisiyalı xalçanı birləşdir. Bu məktəbin xalçalarında medalyonlu çeşni üslubu da geniş yayılıb. Quba xalçalarının “Qədim minarə”, “Qımıl”, “Alpan”, “Qollu çiçi”, “Pirəbədil”, “Hacıqayıb”, “Qırız”, “Cek” kimi parlaq kompozisiyaları mövcuddur.
Azərbaycanın şimal-şərqini əhatə edən Quba xalça mərkəzi üç yerə - dağlıq, dağətəyi və ovalıq hissələrə bölünür. Dağlıq hissəyə Qonaqkənd, Xaşı, Cimi, Afurca, Yerfi, Buduq, Qırız, Cek, Salmasöyüd kəndlərində toxunan xalçaları aid etmək olar. Dağətəyi hissəyə isə Şabranın Əmirxanlı, Əlixanlı, Xəlfələr, Pirəmsan, Bilici, Şahnəzərli, Pirəbədil, Zeyvə, Zöhrami və digər ətraf kəndlərində toxunan xalçalar aiddir. Bundan başqa, Şabranın aran zonasında yerləşən kəndlərdə, həmçinin Dərbənd ərazisində toxunan xalçalar da bu məktəbin ayrılmaz tərkib hissəsidir.
Humay Məmmədova bildirir ki, hər bir xalçanın özünəməxsus özəlliyi var. Qubanın Qımıl kəndində “Xovlu qımıl”, “Xonçalı qımıl” xalçaları toxunur. Həmin kənddə yaşayan əhalinin məşğuliyyəti, təsərrüfatı, adətləri həmin xalçaların naxışlarında öz əksini tapır. Çiçi kəndində də çox nadir xalçalar toxunur. Naxışları alça çiçəyinə bənzəyənlər “Alçagül çiçi”, xırda güllərə oxşayanlar “Xırdagül çiçi”, insan qolunu xatırladanlar isə “Qollu çiçi” adlandırılır. Bu xalçaların əsas özəlliyi onların toxunuşu zamanı tünd, xüsusən də qara və sürməyi rənglərdən istifadə olunmasındadır. Quba xalçasının əsas xüsusiyyəti onun rənginin tündlüyü, elementlərinin xırdalığı, rəng çalarının çoxluğu və sıxlığındadır.“Qədim Quba” xalçaçılıq müəssisəsində 30-a yaxın işçi xalça toxumaqla məşğuldur. Müəssisə sahibkarlıq subyekti kimi fəaliyyət göstərməklə yanaşı, unudulmaqda olan ənənələrin yenidən bərpa edilməsi, qədim xalq sənətinin yaşadılması, onun sirlərinin gənc nəslə öyrədilməsində də vacib rol oynayır.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info