“Dərmanlar əhəmiyyətli dərəcədə ucuzlaşıb”
Tarix: 31.07.2015 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


“Cənab prezidentin tapşırığına uyğun olaraq, Tarif (qiymət) Şurasının dərmanların qiyməti ilə bağlı qəbul etdiyi qərarla qiyməti tənzimlənmiş dərman vasitələrinin qiymətləri əhəmiyyətli dərəcədə aşağı düşüb. Belə ki, 20 faiz dərman vasitəsinin qiyməti 3 dəfədən çox, 40 faizdən artıq dərman vasitəsinin qiyməti isə 2 dəfədən çox enib”. Bunu iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev “Azərbaycan” qəzetinə müsahibəsinə deyib.
Nazir bildirib ki, ümumilikdə hazırkı qiymətlərə nisbətən qiymətləri tənzimlənən dərman vasitələrinin 90 faizinin qiymətləri enib, qalan hissəsinin qiyməti isə dəyişməyib.
Ş. Mustafayevin sözlərinə görə, qiymətlərin tənzimlənməsi ilə şəffaflıq təmin ediləcək: “Hər bir vətəndaş biləcək ki, hansı dərmanı alır və hansı qiymətə alır. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi vətəndaşa dərman vasitəsini bütün apteklərdən eyni və optimal qiymətə almağa imkan yaradır və süni qiymət artımı məsələsi aradan qalxır. Pərakəndə satış qiyməti dərman vasitəsinin üzərində göstərilməklə yanaşı, müvafiq rəsmi internet resurslarında və KİV-də də yerləşdiriləcək ki, bu da qiymət intizamına ictimai nəzarəti təmin edəcək”.
Nazir qeyd edib ki, aparılan islahatlar dərman vasitələrinə ehtiyacı olan vətəndaşların xərclərinin azalmasına, dərman vasitələri bazarına dövlət nəzarətinin güclənməsinə və vergidən yayınma hallarının qarşısının alınmasına əlavə imkanlar yaradacaq: “Digər tərəfdən, dövlət büdcəsinin xərcləri azalacaq, sığorta şirkətlərinin müvafiq xərclərinə qənaət etməyə imkan yaratmaqla sığorta sisteminin inkişafına töhfə verəcək. Nəhayət, idxalçıları dərman vasitələrinin daha məqbul qiymətlərlə idxalına sövq edəcək, apteklər üzrə isə rəqabət qiymət müstəvisindən keyfiyyət müstəvisinə keçəcəkdir ki, bu da nəticədə xidmətin keyfiyyətinin yüksəlməsinə səbəb olacaq”.




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Türkiyə şəhidlərinin övladları Azərbaycana gəliblər
17.01.2019
İki nəfər Zabrat qəsəbəsindəki Sosial Sığınacağa aparılıb
17.01.2019
Açıq dənizdə dalğanın hündürlüyü 7,9 metrə çatıb
17.01.2019
DİN: Məmməd Əmin Rəsulzadənin barelyefini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
17.01.2019
“Loqos” turizm şirkəti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Dərslər təxirə salındı
5 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info