Sağlamlıq imkanları məhdud 20 uşaq Türkiyəyə bərpa müalicəsinə göndərilib
Tarix: 31.07.2015 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi(ƏƏSMN) tərəfindən sağlamlıq imkanları məhdud uşaqlardan daha 20 nəfəri valideynlərindən birinin müşayiəti ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Türkiyəyə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yola salınan sağlamlıq imkanları məhdud uşaqların valideynləri uşaqlara, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlara prezident qayğısından razılıqla söz açıb, övladlarının xaricdə ixtisaslaşmış bərpa-müalicəsinin təşkilinə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Tədbirdə ƏƏSMN-nin əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev ötən aydan başlayaraq, hazırda göndərilən uşaqlar da daxil olmaqla, artıq 70 nəfər sağlamlıq imkanları məhdud uşağın qardaş ölkəyə bərpa müalicəsinə göndərildiyini diqqətə çatdırıb: “Ümumilikdə ƏƏSMN tərəfindən cari ilin aprel ayından bəri 185 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq bu məqsədlə Türkiyəyə yola salınıb. Bu il ərzində nazirlik tərəfindən ötən illə müqayisədə 20% çox şəxsin xaricdə bərpa müalicəsi təşkili nəzərdə tutulub ki, bu da ölkəmizdə sosial proqramların yüksələn xətlə davam etdirildiyinin daha bir təsdiqidir”.

S.Abdullayev bildirib ki, göndərilən əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar Türkiyənin Dənizli bölgəsində yerləşən Nobel Tibb Mərkəzində bərpa müalicə kursu keçirlər: “Həmin müəssisədə Dənizli bölgəsinin təbii müalicəvi resurslarından və innovativ texnologiyalardan geniş istifadə olunmaqla əlilliyi olan şəxslərin reabilitasiyası, çətin sağalan ayrı-ayrı xəstəliklərin müalicəsi istiqamətində səmərəli tibbi-fizioterapevtik üsullar tətbiq olunur. İndiyədək Nobel Tibb Mərkəzinə göndərdiyimiz əlilliyi olan şəxslər mərkəzdə aparılan müalicə kursundan, göstərilən xidmətdən razı qaldıqlarını bizə bildirirlər”.

Göndərilən əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud uşaqların və valideynlərinin orada 5 ulduz oteldə yerləşdirildiklərini qeyd edən S.Abdullayev həmin şəxslərin orada müvafiq xidmətlərlə təmin olunmasına nəzarət etmək, habelə mərkəzin reabilitasiya təcrübəsini öyrənmək üçün nazirliyin bir nəfər həkiminin də Türkiyəyə ezam edildiyini bildirib: “ƏƏSMN-nin Bakıda və respublikanın bölgələrindəki bərpa-müalicə müəssisələrində də bərpa müalicə işləri aparılır. Bu müəssisələrdə cari ilin ilk yarımilində 3 min nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa bərpa-müalicə xidməti göstərilib. Hazırda həmin müəssisələrin bir çoxunda əsaslı təmir işləri aparılmaqla, müasir tələblərə uyğun şərait yaradılır. Təmir işlərindən sonra bu müəssisələr müasir tibbi-reabilitasiya avadanlıqları ilə təchiz olunacaq, onlarda qabaqcıl dünya təcrübəsi əsasında sosial reabilitasiya yönümlü xidmətlərin göstərilməsi üçün də lazımi şərait təmin ediləcək”.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info