Qəbələdə “Moskva Virtuozları” Kamera Orkestrinin konserti olub
Tarix: 31.07.2015 | Saat: 16:49:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun möhtəşəm tədbiri olan Qəbələ VII Beynəlxalq Musiqi Festivalı uğurla davam edir. Festivalın proqramına uyğun olaraq Heydər Əliyev adına Konqress Mərkəzinin qarşısındakı parkda quraşdırılan səhnədə “Moskva Virtuozları” Kamera Orkestrinin konserti olub. Tanınmış dirijor Pol Mayerin rəhbərliyi ilə keçən ansamblın konsertində “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin dirijoru, “Grammy” mükafatı laureatı olan violonçel ifaçısı, Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri Dmitri Yablonski (ABŞ-Rusiya) də çıxış edib. Ansambl çıxışı zamanı yüksək sənətkarlıq, fərdi ifa üslubu nümayiş etdirməyə çalışıb və tamaşaçılara əvəzsiz təəsüratlar bəxş edib. Avropa səviyyəsinə uyğun ifa tərzi ilə seçilən ansamblın konsertində V.A.Motsartın, İ.Haydın, K.Veberin və V.A. Motsartın əsərləri səsləndirilib.
Konsertdə yerli və xarici tamaşaçılara məlumat verilib ki, “Moskva Virtuozları” Kamera Orkestri 1979-cu ildə məşhur skripkaçı Vladimir Spivakov tərəfindən yaradılıb. Mahir skripkaçı, dirijor və ictimai xadim olan Vladimir Spivakov “Moskva Virtuozları” Kamera Orkestrinin bədii rəhbəri, baş dirijoru və solistidir. Kollektiv 2003-cü ildən başlayaraq müntəzəm olaraq Moskvanın Beynəlxalq Musiqi evində məşq edir.
Xatırladaq ki, iyulun 31-də Qəbələ səhnəsində “Moskva virtuozları” Kamera Orkestrinin növbəti konserti olacaq. Həmin gün festival çərçivəsində keçirilən III Qəbələ Beynəlxalq Piano Müsabiqəsinin qaliblərinin konserti və tədbirin bağlanış mərasimi olacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Bu gecədən başlayaraq hava şəraiti dəyişəcək
18.02.2019
Qaradağlı faciəsinin şahidi: həmin günlər yadıma düşəndə dəhşətə gəlirəm
17.02.2019
Ölkə ərazisində hava şəraiti dəyişəcək, yağış və qar yağacaq
15.02.2019
“Strateji Menecment Məktəbi” layihəsinin təlimləri başa çatıb
15.02.2019
Neftçalakı günərzi qayğı mərkəzində uşaqlara reabilitasiya yönümlü sosial xidmətlər göstərilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10599

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info