ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib
Tarix: 31.07.2015 | Saat: 16:58:00 | E-mail | Çapa göndər


“BBC”-nin verdiyi xəbərə görə, ABŞ Maliyyə Nazirliyinin saytında dərc olunmuş siyahıya Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç ilə əlaqəli olan şəxslər və Rusiyada, həmçinin Krımda fəaliyyət göstərən bir sıra kommersiya və sənaye müəssisə daxil edilib. Siyahıda Rusiya prezidenti ilə yaxın əlaqəsi olan sahibkar Boris Rotenberqin oğlu Roman Rotenberq, “Yanukoviç ailəsinin bankiri” adı ilə tanınan Sergey Kurçenko, Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin böyük oğlu Aleksandr Yanukoviç, Ukraynanın sabiq baş nazirinin müavini və prezident administrasiyasının sabiq rəhbəri Andrey Klyuyev və “Kalaşnikov” konsernin yüksək vəzifəli əməkdaşı Andrey Bilyutin daxil ediliblər. Siyahıya daxil edilmiş kommersiya və sənaye müəssisələri arasında “İjevsk Mexaniki Zavod”, “İjmaş Konserni”, Yevpatoriya, Feodosiya, Kerç, Sevastopol, Yalta limanları və Kerç bərə keçidi yer alıb. Sektorlar sanksiyalar Şimali Qafqazın inkişafı üzrə Korporasiyaya, Baykal və Uzaq Şərq bölgələrinin inkişaf Fondu, bir neçə neft emalı zavodları və banklara şamil edilib.
“Rosneft” və “Vneşekonombank” ilə əlaqəli maliyyə təşkilatları da sanksiya siyahısına daxil edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
İğdırda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçiriləcək
17.02.2019
İranın Kosmik Araşdırmalar İnstitutunda baş verən yanğın nəticəsində üç nəfər həlak olub
17.02.2019
Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
16.02.2019
Misirdə terror aktı nəticəsində ən azı 15 əsgər həlak olub
16.02.2019
Suriyadan olan 395 qaçqın ötən il Rusiya vətəndaşlığı alıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info