Fitch: “Bakı-Tbilisi-Qars “ Azərbaycan Dəmir Yollarının əhəmiyyətini artıracaq”
Tarix: 31.07.2015 | Saat: 17:09:00 | E-mail | Çapa göndər


Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi regionun yük daşımalarında “Azərbaycan Dəmir Yolları” QSC və “Gürcüstan Dəmir Yolları” SC-nin əhəmiyyətini daha da artıracaq və onların biznes profilini möhkəmləndirəcək. Bu barədə “Fitch Ratings” agentliyinin “2015-ci ilin ilk altı ayında keçmiş SSRI ölkələrinin nəqliyyat sektoru” hesabatında deyilir.Hesabatda bildirilir ki, cari ilin ilk beş ayında regionun əksər ölkələrində dəmiryol yük daşımalarının həcmi azalmaqda davam edir: “Bu ölkələrin ÜDM-nin daha aşağı templi artımı fonunda ilin ikinci yarısında da dəmiryol daşımalarının həcminin az olacağını düşünürük. Neft daşımalarından asılı olan keçmiş SSRİ ölkələrinin dəmiryol nəqliyyat şirkətləri də rəqabət təzyiqi altındadır, belə ki, neft boru kəmərləri vasitəsilə daha çox nəql edilir”.
Hesabatda deyilir ki, agentlik tərəfindən qiymətləndirilən dəmiryol nəqliyyat şirkətləri vəziyyəti müxtəlif dərəcələrdə olsa da, valyuta məzənnəsinin dəyişməsindən asılıdır: “Milli valyutaların davamlı zəifləməsi şirkətlərin kredit ödəmə qabiliyyətinə mənfi təsir göstərə bilər. Qazaxıstanda tarif artımının olmaması “Qazaxıstan temir jolı” SC-nin müstəqil kredit ödəmə qabiliyyətinə bundan sonra da təzyiq göstərəcək”.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Qırğızıstanda türk dövlətlərinin etnofestivalı keçirilib
20.04.2019
Azərbaycan startap-ekosistem reytinqində mövqeyini yaxşılaşdırıb
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info