Tələbələrimizin layihəsi “Microsoft Imagine Cup 2015”in qalibi olub
Tarix: 31.07.2015 | Saat: 18:55:00 | E-mail | Çapa göndər


ABŞ-ın Sietl şəhərində “Microsoft”un baş ofisində keçirilən “Imagine Cup 2015” müsabiqəsində Azərbaycan tələbələrinin layihəsi qaliblərdən biri olub. Azərbaycanın “NoObs” komandası ilk dəfə iştirak etdiyi beynəlxalq müsabiqədə ikinci yeri tutub. “NoObs” müsabiqənin finalına “Spinal” adlanan kompleks həlli ilə çıxıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, “Spinal” qurğusu onurğa sütununun vəziyyətinə nəzarət edən ötürücü dəstindən ibarətdir. İnsan onurğa sütununa mənfi təsir göstərən vəziyyətdə oturduqda “Bluetooth” modulu vasitəsilə “Windows Phone” əməliyyat sistemi üzərində işləyən smartfona siqnallar daxil olur. “NoObs” 33 komanda arasından seçilib. Müsabiqənin qalibləri tutduqları yerdən asılı olaraq 50 min, 10 min və 5 min dollar məbləğində pul mükafatı alacaqlar. Bundan başqa, “Microsoft” qaliblərə ABŞ-da startap-aksellerator da təqdim edəcək. “Microsoft Imagine Cup” müsabiqəsi yuxarı sinif şagirdləri və tələbələr üçün 2003-cü ildən etibarən keçirilir. Müsabiqə müxtəlif kateqoriyalar üzrə iki mərhələdə reallaşır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
25.09.2018
AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq
25.09.2018
Xüsusi təyinatlılar üçün yeni snayper istehsalına başlanılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info