XİN German Sterliqovu hansı səbəbdən beynəlxalq axtarışa verdiyini açıqlayıb
Tarix: 31.07.2015 | Saat: 19:16:00 | E-mail | Çapa göndər


“German Sterliqov və onun erməni hüquqşünas havadarları öz hüquqi savadsızlıqlarını bir daha nümayiş etdiriblər. Bu şəxsin Azərbaycan Respublikasının suveren ərazisində törətdiyi cinayət əməllərinin tərkib əlamətləri nəzərə alınaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində həbs-qəti imkan tədbiri seçilməklə beynəlxalq axtarışa verilib”. Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.“German Sterliqov Rusiya Federasiyasının vətəndaşıdır və müvafiq olaraq da Rusiya İnterpol-un tam hüquqlu üzvüdür. 1956-cı ildən etibarən beynəlxalq təşkilat statusu alan İnterpol dövlətlərarası beynəlxalq qurumdur. German Sterliqov əsasən İnterpol-un üzvü olan Ermənistan və Rusiya istiqamətində hərəkət marşrutunu həyata keçirir və bu amili nəzərə alaraq, onun barəsində İnterpol vasitəsilə axtarış verilib.
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində beynəlxalq hüquq və beynəlxalq humanitar hüquqda aydın şəkildə müəyyən olunmuş işğal rejimi mövcuddur. Ermənistan tərəfindən bu ərazilərin işğalı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlərdə, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Avropa İnsan Hüquqları Məhkəməsinin “Çiraqov və digərləri Ermənistana qarşı” işi üzrə qəbul etdiyi qərarda hüquqi baxımdan bir daha öz təsbitini tapıb”, - deyə o vurğulayıb.H. Hacıyev qeyd edib ki, konkret cinayətlərdə ittiham olunan və məhkəmənin qərarı ilə barəsində həbs-qəti imkan tədbiri seçilmiş G. Sterliqovun məsuliyyətdən qaçaraq işğal olunan ərazilərdə gizlənməsi bir daha bu ərazilərdə münbit kriminal mühitin hökm sürdüyünü sübut edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Müxalifət kütləvi aksiyaları idarə edə bilmir
22.02.2019
Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
21.02.2019
Levan Çixeidze: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır
21.02.2019
Müxalifət mitinqlərlə bağlı məsuliyyətdən niyə qaçır?
21.02.2019
Валентина Терешкова: не любить Азербайджан невозможно!

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10614

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info