Lənkəranda gənc sərhədçilər Vətənə sədaqət andı içiblər
Tarix: 31.07.2015 | Saat: 19:19:00 | E-mail | Çapa göndər


İyulun 31-də Dövlət Sərhəd Xidmətinin (DSX) Lənkəran sərhəd dəstəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Andiçmə mərasimində DSX-nin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb. Mərasimdə çıxış edənlər gənc əsgərləri və onların valideynlərini Dövlət Sərhəd Xidmətinin sıralarına qatılmaları münasibətilə təbrik ediblər.Çıxışlarda milli sərhəd strategiyasının təməlini qoyan Ulu Öndərin dövlət sərhədlərimizin qorunmasına xüsusi diqqət yetirərək DSX-nin yaradılması barədə tarixi qərarının ölkəmizin sərhəd mühafizəsi tarixində yeni mərhələ olduğu, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızın sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırıldığı, dövlət sərhədlərimizin toxunulmazlığının təmin olunması istiqamətində davamlı inkişafa nail olunduğu diqqətə çatdırılıb.Çıxış edənlər Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlərə uğurlar arzulayıb, onlar üçün yaradılmış ideal şəraitdən bəhrələnərək xidmətdə yüksək nəticələrə nail olacaqlarına və hərbi anda sadiq qalacaqlarına əminliklərini ifadə ediblər.Gənc əsgərlərin valideynləri yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirib, öz övladlarına Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tapşırıblar.Tədbir gənc əsgərlərin tribuna önündən təntənəli keçidi ilə başa çatıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info