Müdafiə naziri Moskvaya səfər edəcək
Tarix: 31.07.2015 | Saat: 19:31:00 | E-mail | Çapa göndər


Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Moskvaya səfər edəcək. Nazir avqustun 1-15-də Moskva vilayətində yerləşən poliqonda keçiriləcək “Beynəlxalq ordu oyunları 2015”in açılış mərasimində iştirak edəcək. Rusiya Müdafiə Nazirliyindən bildiriblər ki, səfər çərçivəsində Z. Həsənov rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşəcək. Birinci “Beynəlxalq ordu oyunları 2015”də 17 ölkədən 57 komanda, 6 xarici ölkədən 20 müşahidə qrupu, Avropa, Asiya, Afrika və Latın Amerikası ölkələrinin nümayəndələri iştirak edəcəklər. Oyunların proqramına səhra, hava və dəniz növləri üzrə 14 müsabiqə daxil edilib.
Beynəlxalq Ordu oyunları proqramının iki müsabiqəsi Hərbi Dəniz Donanması tərəfindən təşkil olunub. “Xəzər derbisi” adlandırılan bu yarışda hərbi-dəniz qüvvələrinin zirehli transportyorları iştirak edəcək. Bu yarışda Rusiya ilə yanaşı Qazaxıstan və Çin komandaları ən güclü olmaq üçün mübarizə aparacaqlar. Yarışlar Xəzər dənizi akvatoriyasında keçiriləcək. Bu yarışda hərbi gəmilərin ekipajlarının artilleriya atəşinin həyata keçirilməsi üzrə döyüş hazırlığı yoxlanılacaq. Müsabiqədə Rusiya, Azərbaycan və Qazaxıstan dənizçiləri iştirak edəcəklər. Hər iki müsabiqə Dağıstanın Kaspiysk şəhərində keçiriləcək.

Tural




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
15 yaşı tamam olmamış şəxslərin fərdi identifikasiya kartı almaq qaydaları dəyişir
22.01.2019
Prezident İlham Əliyev: Bizim hədəfimiz Azərbaycanda müasir infrastruktur yaratmaq və ölkəni müasirləşdirməkdir
22.01.2019
Norika Nikolai: Avropa Parlamentinin bəzi deputatları tərəfindən səsləndirilən bəyanatlar saxtadır
22.01.2019
Bakı Şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib
22.01.2019
Müdafiə naziri mühəndis və kimya hərbi hissələrində yeni istifadəyə verilən obyektlərlə tanış olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Dərslər təxirə salındı
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info