“Gələcəyə Körpü”, Samsung Electronics və “Better World” birgə Gəncədə beynəlxalq layihə həyata keçirdi
Tarix: 31.07.2015 | Saat: 21:33:00 | E-mail | Çapa göndər


"Gələcəyə Körpü" Gənclər İctimai Birliyi, Cənubi Koreya Respublikasından "Samsung" Şirkətinin Baş Ofisi və "Better World" Təşkilatının birgə əməkdaşlığı nəticəsində 25-31 İyul 2015-ci il tarixlərində Gəncə şəhərində "SAMSUNG Əməkdaşlarının Könüllülük Proqramı" adlı Beynəlxalq layihə həyata keçirilib.
Layihə çərçivəsində Gəncə şəhər “İnternat Tipli Xarici Dillər Təmayüllü Gimnaziya”nın nəzdində “İKT Təhsil və Təlim Mərkəzi”, İT otağı yaradılıb və dəhlizi bərpa olunub.
30 iyul tarixində hesabat xarakterli bağlanış mərasimi ilə yekunlaşan layihədə 90 nəfər 7-11-ci sinif gimnaziya şagirdlərinə Samsung Electronics 33 işçisi və "Better World" və "Gələcəyə Körpü" GİB-in könüllü və üzvləri tərəfindən 7 gün müddətində İKT təhsil metodları və komputer dərsləri keçirilib. Paralel aparılan təlimlərdə şagirdlər WEB-DIZAYN, SCIENCE KIT (robot texnologiyaları), AIR PURIFIER (hava təmizləyici qurğusunun təqdimatı və yayımı) və MS OFFICE (kompyuter ofis proqramlarının öyrədilməsi) komandalarının layihə boyunca həyata keçirdikləri bütün fəaliyyətlər (keçirilən dərslər, praktiki seminarlar, son ixtiraların praktiki məşğələsi və s.) ictimaiyyətə təqdim edilib.
Görüşdə SAMSUNG Şirkətinin Baş Meneceri, Gəncə şəhər Təhsil İdarəsinin rəisi Zakir Hüseynov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, İnternat tipli Xarici Dillər təmayüllü gimnaziyanın direktoru Pənah Səmədov və digər qonaqlar iştirak ediblər. Layihədə iştirakçı olan bütün müəllim və şagird kollektivi SERTİFİKATla təltif edilib.
Sonda "Gələcəyə Körpü" Gənclər İctimai Birliyi və SAMSUNG Şirkəti İnternat tipli Xarici Dillər təmayüllü Gimnaziyanın rəhbərliyi tərəfindən FƏXRİ FƏRMAN-la təltif olunublar.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info