S. Qriqoryan: “Hakimiyyətin xalqa verdiyi vədlərin heç biri həyata keçməyəcək”
Tarix: 01.08.2015 | Saat: 01:15:00 | E-mail | Çapa göndər


«Deutsche Welle» Ermənistanda əhalinin narazılığından yazıb

Belə görünür ki, kütləvi iğtişaşlara baxmayaraq, Ermənistanda avqustun 1-dən etibarən elektrik enerjisinin qiymətləri dövlətin qəbul etdiyi qanunla tənzimlənəcək. Almaniyanın «Deutsche Welle» nəşri Ermənistandakı son olaylar, əhalinin etirazları və bu iğtişaşların yenidən təşəkkül tapa bilməsi barədə araşdırma aparıb.
Nəşr bildirir ki, bu ilin avqustun 1-dən başlayaraq ölkə əhalisi hər 1 kvt enerji üçün 7 dram artıq ödəməli olacaq (təqribən 0,014 dollar):” Qeyd edilməlidir ki, ölkədə enerjinin paylaşması ilə məşğul olan "Ermənistan Elektrik Şəbəkəsi" enerjinin hər kilovatı üçün 17 dram artıq ödənilməsində israrlı idi. Lakin erməni xalqının davamlı tələblərindən sonra dövlət tərəfindən vəd edilən ictimai subsidiyaları elə, "Ermənistan Elektrik Şəbəkəsi" ödəmək məcburiyyətində qalıb. Bu da təqribən hər ay 2.5-3 milyard dram (təqribən 5-6 milyon dollar) təşkil edəcək.
Xatırlatmaq yerinə düşər ki, hələ bu ilin iyun ayından başlayan kütləvi mitinqlər zamanı əsas tələb elektrik tariflərinin azaldılması və mitinq zamanı nümayişçi və jurnalistlərə qarşı güc tətbiq etmiş polislərin cəzalandırılması idi. «Talana yox!» vətəndaş hərəkatının təşəbbüs qrupunun üzvü Maksim Sarkisyanın sözlərinə görə, xalqın kütləvi etirazları qarşısında aciz qalan hakimiyyət "Ermənistan Elektrik Şəbəkəsi"ndə aşkar ediləcək hər hansı bir pozuntu müqabilində şirkətdə beynəlxalq audit keçiriləcəyini vəd etmişdi. «Keçiriləcək auditin mahiyyəti barədə hər hansı bilgiyə malik olmadığıma görə, əminliklə deyə bilərəm ki, biz qarşımıza qoyduğumuz məqsədə çata bilmədik». Bu sözləri “Talana yox!” təşəbbüs qrupunun üzvü Maksim Sarkisyan alman telekanalına açıqlama verərkən bildirib. O, hakimiyyətin verdiyi vədlərlə xalqı çaşdırmağa çalışdığını bildirib və etiraf edib ki, hakimiyyət orqanları özləri dolaşığa düşüblər.
Qeyd edilməlidir ki, ölkədə baş verən etiraz hərəkatının nəticəsiz başa çatmasını Qloballaşma Mərkəzinin direktoru Stepan Qriqoryan üç səbəblə əlaqələndirib. Onun fikrincə, etirazçıların tələblərinə qismən də olsa cavabı, hakimiyyət etirazçılar arasında parçalanmaya nail olmaqla əldə etdi. Mitinqçilərin siyasi təcrübəsizliyini ikinci səbəb kimi qeyd edən mərkəz direktoru iddia edir ki, hazırda xalq uzun siyasi mübarizə üçün hazır deyil, ona görə də bu hərəkat vətəndaş etiraz hərəkatından o yana keçə bilmədi. Bununla yanaşı, ekspert əmindir ki, hakimiyyətin xalqa verdiyi vədlərin heç biri həyata keçməyəcək. «Onlar özlərinin şəxsi maraqlarına qarşı, xüsusilə də Rusiya dövlət şirkətlərinə qarşı gedə bilməzlər»-deyə, Qriqoryan bildirib.
Lakin bütün bunlara rəğmən, Maksim Sarkisyan mübarizənin hələ başa çatmadığını bəyan edib. O, «Deutsche Welle»ə verdiyi açıqlamada hökumətdən cavab gözlədiklərini bildirib. «Hakimiyyət anlamalıdır ki, mübarizə hələ başa çatmayıb. Elektrik tariflərinin artırılmasının qarşısını almaq üçün xalq yenidən küçələrə çıxa bilər»-deyə, «Talana yox!» vətəndaş hərəkatının təşəbbüs qrupunun üzvü xəbərdarlıq edib.”
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info