“Qəbələ”nin qazandığı penalti haqlı qərar idi”
Tarix: 01.08.2015 | Saat: 01:46:00 | E-mail | Çapa göndər


“Apollon”la görüşün son dəqiqələrində “Qəbələ”nin qazandığı penalti haqlı qərar idi”. Bunu AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.
UEFA Avropa Liqasının III təsnifat mərhələsində baş tutan “Apollon” - “Qəbələ” (1:1) matçında hakim idarəçiliyini dəyərləndirən Məmmədov “Qəbələ”nin lehinə son dəqiqələrdə penalti təyin edən ukraynalı Sergey Boykonun qərarını haqlı sayıb:
“Hakim, bəlkə də, həmin epizodda penalti verməyəcəkdi. Sadəcə, ötürmə zamanı Boykonun mövqeyi əla idi. Başqa hakim olsaydı, bəlkə də, eyni qərarı verməzdi. Ancaq o, özündə cəsarət tapıb penaltini təyin etdi”. Penalti zərbəsini qola çevirən “Qəbələ”nin kapitanı Cavid Hüseynovun jesti barədə də danışan komitə sədri ukraynalı hakimin bu dəfə səhvə yol verdiyini qeyd edib: “Cavid Hüseynovun həmin hərəkəti təxribatçı jest idi. Hakim onu cəzalandırmalı, qırmızı vərəqə göstərməli idi. Ancaq həmin anda bütün diqqətlər ehtiyat oyunçular skamyası tərəfə yönəlmişdi. Çünki orda gərginlik yaşanmışdı. Ora da Cavidin olduğu yerdən tam əks istiqamətdə idi. Həm baş hakimin, həm də köməkçilərinin gözü gərginlik yaranan yerdə olduğundan, Cavidin jestini görmədilər. Ancaq məncə, futbolçu cəzalandırılacaq. Yəqin ki, UEFA-nın Nizam İntizam Komitəsi buna görə, ona cəza verəcək”. Qeyd edək ki, “Qəbələ” ilə “Apollon” arasında cavab görüşü avqustun 6-da “Bakcell Arena”da keçiriləcək”.




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
“Yuventus“dan ardıcıl 8-ci çempionluq
20.04.2019
Azərbaycan komandası qrup hərəkətlərində AGF Junior Trophy beynəlxalq turnirinin finalına yüksəlib
20.04.2019
Azərbaycan şahmatçısı İspaniyada keçirilən beynəlxalq turnirdə birinci yerə yüksəlib
20.04.2019
Moskvada uşu üzrə Avropa çempionatı keçiriləcək
19.04.2019
“Neftçi” səfərdə “Sabah”ın qapısından iki cavabsız top keçirib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info