“Hesab fərqli, bizim xeyrimizə də ola bilərdi”
Tarix: 01.08.2015 | Saat: 01:48:00 | E-mail | Çapa göndər


Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində Kiprdə “Apollon”la oyundan (1:1) sonra “Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçukun iştirakı ilə mətbuat konfransı keçirilib. Ukraynalı çalışdırıcı bildirib ki, komandası rəqibdən daha yaxşı oynayıb.
“Oyun yaxşı səviyyədə keçdi. Stadiondakı atmosfer, azarkeşlərin komandalarını dəstəkləməsi də xoşuma gəldi. Qarşılaşmanın gedişində hesabda geri olub, sonradan bərabərlik qolunu vurduğumuzu nəzərə alsaq, hesabı normal saymaq olar. Komandamız bu matçda yaxşı, rəqibdən daha güclü oynadı. Biz “Apollon”la müqayisədə daha çox qol imkanları yaratdıq. Düşünürəm ki, hesab fərqli, bizim xeyrimizə də ola bilərdi”. “Apollon”un yaxşı komanda olduğunu deyən mütəxəssis hakimliyə də toxunub: “Hakimlikdən danışarkən, siz emosiyalara əsaslanırsınız. Bu matçın hakimi yüksək səviyyəyə malikdir. Bütün komandalar oyunlarına onun təyinat almasını istəyir. Emosiyaları kənara qoyub, oyunu bir daha peşəkar gözüylə izləsəniz hakimlik haqda fikirləriniz dəyişər. Komandam qalib gəlmirsə, mən narazı qalıram. Hakimin nə vaxt penalti təyin etməsinin fərqi yoxdur. Əsas qərarın düzgün verilib-verilməməsidir. Bu oyundakı epizodun təkrarına baxmasam da, hakimi tanıdığımdan, səviyyəsinə, təcrübəsinə bələd olduğumdan onun düzgün qərar verdiyinə əminəm”.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib
18.11.2018
Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi: Mübarizə çətin idi
18.11.2018
“Messi ilə Ronaldo Qızıl Top-a layiq deyillər”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info