“Xoşbəxtəm ki, Qəbələ kimi gözəl bir məkandayam”
Tarix: 01.08.2015 | Saat: 01:53:00 | E-mail | Çapa göndər


Qəbələ VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən Gənc Pianoçuların III Beynəlxalq Müsabiqəsinin qalibləri tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayır, yenidən bu füsunkar məkana səfər edəcəklərini arzulayırlar.
Gənc Pianoçuların III Beynəlxalq Müsabiqəsinin qalibi, yaponiyalı pianoçu Aiko Tomiya festival təşkilatçılarına, münsiflər heyətinə minnətdarlığını bildirib: “Bilirəm ki, bu işləri görmək üçün çox vaxt tələb olunur. Mən sevinirəm ki, bu sahədə öz sözünü demiş, dünyada tanınmış pianoçuların təmsil olunduğu münsiflər heyətinin qarşısında inamla çıxış edə bildim. Üç turdan keçdim və böyük mükafata, eləcə də diploma sahib oldum. Müsabiqədə iştirakçıların ifaları obyektiv və diqqətlə izlənilirdi. Hər şeydən əvvəl isə münsiflərin yekun qərarı açıqlanarkən qalib olduğumu eşitdim və xoş hisslər yaşadım”.
Müsabiqənin ukraynalı qalibi Tatyana Şafran isə deyib: “Xoşbəxtəm ki, Qəbələ kimi gözəl bir məkandayam. Burada dünya musiqisi incilərindən ibarət gözəl konsert proqramları təşkil edilir. Məni buraya dəvət etdikləri üçün azərbaycanlı dostlarıma dərin minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, yenə də bu müsabiqədə iştirak edəcəyəm”.
Fuad




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qorunması kimi tarixi missiyanı yerinə yetirib
16.06.2019
Bakıda xeyirxah və səmimi mühit var
16.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətini məhv olmaq təhlükəsindən xilas etdi
16.06.2019
Türkiyə dünyanın bütün regionları ilə münasibətlərini inkişaf etdirmək istəyir
15.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasnı qoydu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10808

1 Müəllimlərin maaşı artdı - 20 faiz
2 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info