Bir milyard turist – bir milyard imkan
Tarix: 01.08.2015 | Saat: 02:02:00 | E-mail | Çapa göndər


Bu il 27 sentyabr - Dünya Turizm Günü "Bir milyard turist – bir milyard imkan" devizi altında keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu əlamətdar gün münasibətilə Dünya Turizm Təşkilatının (DTT) saytında qurumun baş katibi Taleb Rifainin rəsmi müraciəti yer alıb.
Müraciətdə bildirilir ki, bu ilin Dünya Turizm Günü bir milyard turistin çevirici potensialını qeyd etmək üçün bir fürsətdir. Hər il bir milyarddan çox insan müxtəlif ölkələrə səyahət edir. Onlar turizmi iqtisadiyyatın aparıcı sektoruna çevirirlər. Beləliklə, qlobal ümumdaxili məhsulun 10 faizi, dünya üzrə ixracatın ümumi həcminin 6 faizi bu sahənin üzərinə düşür. Bu rəqəmlər təkcə iqtisadi gücü deyil, turizmin dünyanın ən mühüm problemlərinin, o cümlədən sosial-iqtisadi yüksəliş, hərtərəfli inkişaf və ətraf mühitin mühafizəsi kimi problemlərin həll olunmasına geniş təsir imkanlarını əks etdirir.
DTT-nin Baş katibinin müraciətində diqqətə çatdırılır ki, turizm dünyada hər on bir işdən birini əhatə edən sektor kimi milyonlarla insanların dolanışığı üçün qiymətli mənbədir. Dünyanın müxtəlif guşələrində hər gün fərqli mədəniyyətlərdən olan milyonlarla insanlar rastlaşırlar. Turizm, həmçinin, bizim sərhədlərdən xaricdə dünyanın daha yaxşı başa düşülməsi üçün bir qapı, icmalar və millətlər arasında sülhün bərqərar olmasında ilk addımdır. Turizm təyinat məntəqəsinə çatmaqdan daha dərin mənaya - qlobal əhatəliyə malikdir. Biz hər dəfə səyahət edəndə planetimizdə və insanlarda müsbət dəyişiklik etmək gücünə malik qlobal hərəkatın bir hissəsi oluruq.

Dünya Turizm Gününün rəsmi mərasimi sentyabrın 27-də Burkina Fasoda keçiriləcək.

Bu əlamətdar günün tədbirləri BMT-nin "Minilliyin İnkişaf Məqsədləri"ndə qeyd edilən qlobal problemlərin həllinə yönəlir və bu məqsədlərə çatmaq üçün turizmin töhfə verəcəyi vurğulanır.
Xatırladaq ki, 1979-cu ildə BMT-nin Dünya Turizm Təşkilatının Baş Assambleyası tərəfindən 27 sentyabr - Dünya Turizm Günü kimi təsis olunub. Bayramın məqsədi ictimaiyyətin diqqətini turizmin sosial, mədəni, siyasi və iqtisadi dəyərlərinə yönəltməkdir.
Ölkəmizdə turizmin inkişafına dövlət tərəfindən xüsusi diqqət göstərilir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında turizmlə bağlı müddəalar bu sahənin inkişafı üçün əsas istiqamətlərdir.

Dünya Turizm Günü hər il ölkəmizdə geniş tədbirlərlə qeyd olunur. On ildən çoxdur ki, DTT-də təmsil olunan ölkəmiz 2013-cü ildən qurumun İcraiyyə Şurasının üzvüdür. Bu uğur Azərbaycanda turizmin inkişaf strategiyasının düzgün qurulmasına daha bir sübutdur. Təkcə paytaxtımızda deyil, regionlarda da yeni otellər, istirahət məkanları açılır. Ölkəmizdə işgüzar turizmin inkişaf strategiyasını həyata keçirmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Azərbaycan Konqreslər Bürosu yaradılıb. Nazirlik tərəfindən müvafiq sahənin inkişafı istiqamətində irimiqyaslı layihələr həyata keçirilir. Azərbaycan Turizm və Menecment Universiteti müvafiq sahə üzrə peşəkarlar hazırlayır. Ölkəmiz turizmə dair beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Bütün bunlar Azərbaycanın dünya turizm bazarında layiqli yerini tutmasını təmin edir.




 
Bölməyə aid digər xəbərlər
26.03.2019
AYİB Azərbaycanda bərpa olunan enerji sahəsinə dəstək verəcək
24.03.2019
Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər
24.03.2019
Türkiyədə ev alan azərbaycanlıların sayı artıb
23.03.2019
Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10705

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info