Azərbaycan mikroavtobus istehsalına başlayıb
Tarix: 01.02.2013 | Saat: 20:30:00 | E-mail | Çapa göndər


Naxçıvan Avtomobil Zavodu (NAZ) bu ildən yeni avtomobil modellərinin kütləvi istehsalına başlayıb. Zavodun direktor müavini Polad Sadıxov bildirib ki, 2013-cü ildən etibarən «Lifan» markasına məxsus kommersiya (ticarət) avtomobilləri və mikroavtobus buraxılır: «Ötən il biz bazarı öyrənmək üçün bu avtomobillərdən nümunə kimi bazara gətirdik, bu ildən isə onların kütləvi istehsalına başlamışıq». Kommersiya modellərinə iki model aiddir. Bunlardan biri - «Nazlifan LF 1022» bortlu yük maşınıdır. Digəri isə furqonlu yük avtomobilidir Kiçik biznes üçün nəzərdə tutulan hər iki avtomobilin yükgötürmə qabiliyyəti 800 kq-dır. Mikroavtobus sürücüdən əlavə 6 nəfər sərnişin götürür. P.Sadıxov bildirib ki, yeni modellərin qiyməti 10,5-10,9 min manat arasında dəyişir. Satılan avtomobillərə 2 il və ya 40 min km zəmanət verilir. Nəticədə, hazırda Naxçıvan Avtomobil Zavodunda 5-i minik, 2-si kommersiya və 1-i mikroavtobus olmaqla 8 avtomobil modeli istehsal olunur.




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Mart ayı üzrə bütün pensiyaların ödənişi başa çatdırılıb
19.03.2019
Prezident və xanımı Bakıda Novruz şənliyində
19.03.2019
“İqtisadi islahatlar: Sahibkarlığın inkişafı və diversifikasiya” adlı beynəlxalq konfrans keçiriləcək
18.03.2019
4 ölkə OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinə üzv seçilib
18.03.2019
“Azərxalça”nın Goranboy və Tərtər filiallarında ilk xalçalar kəsilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10698

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info