Yaponiyada “Azərbaycan - gələcəyin ölkəsi” adlı seminar
Tarix: 03.08.2015 | Saat: 16:31:00 | E-mail | Çapa göndər


Yaponiyanın Fukuoka şəhərində “Azərbaycan - gələcəyin ölkəsi” adlı növbəti seminar təşkil edilib.“World Investors TV” internet televiziyasının prodüseri, tanınmış iqtisadçı ekspert Kazuyasu İşida seminarda çıxış edərək bildirib ki, bu tədbirin təşkilində məqsəd iştirakçıları regionun dinamik inkişaf edən ölkəsi olan Azərbaycan haqqında ətraflı məlumatlandırmaqdır. Cari ilin sentyabrında Azərbaycana təşkil ediləcək növbəti səfər barədə məlumat verən K.İşida ölkəmizin son illərdə qazandığı mühüm uğurlardan danışıb. Seminarda Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyatı haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycanda karbohidrogen ehtiyatlarının hasilatından əldə edilən mənfəət bacarıqla ölkənin tərəqqisinə yönəldilir.Ötən ilin sonlarında Tokioda nəşr olunan “Yaponların tanımadığı, sürətlə inkişaf edən ölkə - Azərbaycan” kitabı barədə iştirakçılara məlumat verən iqtisadçı ekspert ölkəmizdə icra edilən nəhəng layihələrdən söz açıb. O, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində də mühüm layihələrin həyata keçirildiyini vurğulayaraq ölkəmizdə yapon şirkətləri ilə əməkdaşlığa böyük maraq olduğunu qeyd edib.Seminarda, həmçinin Azərbaycanda biznes imkanları, ölkəmizə investisiya qoyuluşunun əlverişliliyi barədə məlumat verilib. Qeyd edilib ki, qanunvericilik sahəsində aparılmış islahatlar, xarici investorlar üçün sadələşdirilmiş prosedurlar, “Vahid pəncərə” sisteminin tətbiqi kiçik və orta sahibkarlığın təşviqində əhəmiyyətli rol oynayıb.Sonda iştirakçıların sualları cavablandırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info