Şəkidə dörd yeni məktəb binası tikilir
Tarix: 03.08.2015 | Saat: 16:55:00 | E-mail | Çapa göndər


Son illər Şəki rayonunda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Hazırda Şəkinin kəndlərində dörd yeni məktəb binası tikilir. Bundan əlavə, şəhərdəki qarışıq tipli internat məktəbində Təhsil Nazirliyinin sifarişi ilə əsaslı təmir işləri aparılır. Şəhər təhsil şöbəsinin müdiri Südabə İsmayılova bildirib ki, Qoxmuq, Baş Göynük və Göybulaq kəndlərində inşa edilən 750, 500 və 180 şagird yerlik yeni məktəb binalarında hazırda son tamamlama işləri görülür. Hər üç məktəb binasının yeni dərs ilində istifadəyə verilməsi nəzərdə tutulur.Şəhərdəki qarışıq tipli internat məktəbində aparılan əsaslı təmir işləri, həmçinin Qaratorpaq kəndində 130 şagird yerlik yeni məktəb binasının tikintisi isə davam etdirilir. İnternat məktəbində əlavə korpus da inşa olunur. Bu məktəb binalarının cari ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info