Obama ABŞ hərbçilərinə Əsəd qoşunlarına zərbə endirməyə icazə verdi
Tarix: 03.08.2015 | Saat: 18:14:00 | E-mail | Çapa göndər


ABŞ prezidenti Barak Obama ABŞ hərbçilərinin təlim keçdiyi suriyalı üsyançıların mövqelərinə hücum olacağı təqdirdə, ABŞ Hərbi Hava Qüvvələrinə hücum edənlərə, o cümlədən Bəşər Əsədə sadiq qüvvələrə zərbə endirmək üçün icazə verib.
“The Wall Street Journal”ın verdiyi xəbərə görə, Ağ evdən bildirilib ki, bu qərar ABŞ Silahlı Qüvvələrinin Suriya münaqişəsində müttəfiqlərinə verəcəyi dəstəklə bağlı müzakirələrdən sonra qəbul edilib.
Nəşrin mənbələri Pentaqonun suriyalı üsyançılara təlim keçməsinin Əsəd qüvvələri ilə ilk açıq münaqişəyə gətirib çıxara biləcəyindən narahatlıqlarını ifadə ediblər.
“WSJ”in hərbi mənbələri bildiriblər ki, Əsəd qüvvələri ilə birbaşa toqquşma ehtimalı yüksək olmasa da, yaxın perspektivdə istisna deyil.
Pentaqon rəsmiləri isə üsyançıların hökumət qoşunları ilə mübarizə üçün deyil, "İslam dövləti" terror təşkilatı ilə mübarizə üçün hazırlandığını, onların Əsəd rejiminin nəzarət etdiyi ərazilərdə döyüşməməli olduğunu bildiriblər: “Əsəd qüvvələrinin üsyançıların konkret bölmələrinə hücum edəcəyinə inanmırıq”.
Ağ ev yanında Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Alister Baskey ABŞ Silahlı Qüvvələrinə verilən səlahiyyətləri şərh etmək istəmədiyini bildirib.
Pentaqon nümayəndəsi Elissa Smit isə qeyd edib ki, ABŞ-ın Suriya üzrə hərbi proqramı əsasən "İslam dövləti” terror təşkilatı ilə mübarizə üçün nəzərdə tutulub.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Terror təşkilatı PKK tərəfdarlarının Kölndə işğal təşəbbüsü
19.03.2019
Brüsseldә bomba hәyәcanı
19.03.2019
Nursultan Nazarbayev istefa verib
19.03.2019
ABŞ-da Perunun eks-prezidenti saxlanılıb
19.03.2019
Birləşmiş Ərəb Əmirlikləri dünyada ən təhlükəsiz ölkədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
4 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info