“Media təmsilçilərimiz informasiya savaşında ciddi təcrübə toplayıblar”
Tarix: 03.08.2015 | Saat: 18:29:00 | E-mail | Çapa göndər


Azərbaycanın iqtisadi-siyasi inkişafı artıq o həddə gəlib ki, biz istəsək də, istəməsək də dünyada baş verən proseslərdən kənarda qala bilmərik. Hətta bir çox hallarda, xüsusən neft-qaz, enerji məsələlərində Azərbaycan danışıqların mərkəzində olur
. Əlbəttə ki, bu və digər sahələrdə görülən işlərə görə, Azərbaycanı gözü götürməyən ölkələr də var. Belə olduqda, Azərbaycana qarşı informasiya müharibəsində kəskin və qərəzli hücumlar olur. Elə bu yaxınlarda ölkəmizdə keçirilən ilk Avropa Oyunlarında biz bunun bir daha şahidi olduq. Sevindirici haldır ki, bu informasiya müharibəsində Azərbaycan heç də düşmənlərin hücumlarını cavabsız qoymadı. Bütün edilən hədələr dəf edildi. Nazirlər Kabinetinin son iclasında Prezident İlham Əliyev bu məsələyə toxunaraq öz fikirlərini belə bildirmişdi: “I Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı Azərbaycana qarşı informasiya müharibəsi ən şiddətli mərhələyə qədəm qoymuşdu. Ancaq bu informasiya müharibəsində Azərbaycan xalqı və dövləti qalib gəldi”.
Dövlət başçısının fikrincə, Azərbaycanın uğurlu inkişafı, dünyada müsəlman ölkəsinin bu gün Avropa Oyunlarını yüksək səviyyədə keçirməsi ilə barışa bilməyən ölkələr var: “Azərbaycanla diktat dili ilə danışmaq olmaz, Azərbaycanla dost, tərəfdaş olmaq olar. Biz buna hazırıq və gələcəkdə bu istiqamətdə gedəcəyik”.
Əlbəttə ki, informasiya müharibəsində əsas öndə gedən qüvvə media nümayəndələridir. Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlidən bu istiqamətdə görülən işlərlə bağlı fikirlərini öyrəndik. Onun sözlərinə görə, Azərbaycana qarşı uzun illər aparılan informasiya savaşı nə qədər ağrılı olsa da, prosesin gedişində müəyyən müsbət nəticələr əldə edilib: “Belə ki, Azərbaycan media təmsilçiləri antiazərbaycan təbliğatını zərərsizləşdirmək, cavab tədbirləri görmək sahəsində ciddi təcrübə toplayıblar. 90-cı illərdə, 2000-ci illərin əvvəllərində erməni lobbisinin təsiri altında olan transmilli KİV-lərin hücumlarına qarşı pərakəndə, həm də qeyri-adekvat cavablar verilirdisə, hətta bəzən Azərbaycanın öz daxilində ermənilərin antiazərbaycan təbliğatına xidmət edən QHT-lər, KİV-lər, jurnalistlər tapılırdısa, son vaxtlarda bu prosesin əksinə döndüyünü söyləmək olar. Erməni siyasətinə qarşı tutarlı cavab verən, Azərbaycanın haqq səsini dünyaya çatdırmağı bacaran KİV-lərin, jurnalistlərin formalaşdığını, artıq qlobal media məkanda söz sahibi olacaq qədər irəlilədiklərini, biz I Avropa Oyunları dönəmində çox bariz şəkildə gördük. Azərbaycan media təmsilçiləri, internet fəalları bu dönəmdə nəinki vətənpərvərlik təşəbbüsləri göstərdilər, həm də bu vətənpərvərlik təşəbbüslərini çox peşəkar şəkildə həyata keçirdilər. “Facebook”da, “Twitter”də Azərbaycanın mövqelərini peşəkarcasına müdafiə edən, beynəlxalq ictimai rəyə təsir göstərə bilən internet fəallarımızın qələbəsini Azərbaycanın oturuşmuş KİV-ləri tamamladılar”.
Müşfiq Ələsgərli bildirdi ki, I Avropa Oyunları dönəmində “The Guardian”, "The Washington Post”, BBC, CNN və s. öz səhifələrində Azərbaycan KİV-lərinin yayımladıqları analitik materiallara istinadlar verdilər, Azərbaycan KİV-lərinin yayımladıqları tezislər ətrafında müzakirələr açdılar: “ Bu cür hallar simvolik, təkəmseyrək halda deyil, bir proses olaraq baş verdi. Əgər Azərbaycan KİV-ləri, jurnalistləri belə yanaşmanı davam etdirərlərsə, inanıram ki, Azərbaycan yaxın gələcəkdə çox ciddi uğurlar qazanacaq. Sevindirici haldır ki, Prezident İlham Əliyev də bu prosesi yaxından izləyib və onu öz çıxışında qeyd etdi. Prezidentin belə mövqeyi KİV-lərin qeyd edilən istiqamətdə uğurla irəliləməsi üçün əlavə stimuldur”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info