Azərbaycan tranzit daşımalardan 700 milyon dollar qazana bilər
Tarix: 03.08.2015 | Saat: 18:39:00 | E-mail | Çapa göndər


“Azərbaycan Dəmir Yolları” QSC 2020-ci ilə kimi tranzit daşımalardan 600-700 milyon dollar həcmində gəlir əldə edə bilər. Bu barədə jurnalistlərə “Qazaxıstan Dəmir Yolları” şirkətinin rəhbəri Askar Mamin Transxəzər Beynəlxalq Nəqliyyat marşrutu üzrə ilk konteynerin Bakıya çatdırılmasına həsr edilmiş mərasim çərçivəsində çıxışı zamanı deyib. O bildirib ki, bu, kifayət qədər yüksək və yaxşı dinamikadır: “Əminik ki, belə nəticələr əldə etmək olar”. A.Mamin Transxəzər Beynəlxalq Nəqliyyat marşrutunun yüksək potensialını qeyd edib: “Bu gün əlamətdar hadisə baş verib. Hesab edirik ki, bu, böyük layihənin ilk müjdəçisidir. Potensialı 2020-ci ilə kimi 300 mindən çox konteyner həcmində qiymətləndiririk. Bu, çox yüksək dinamikadır”. Onun sözlərinə görə, bu marşrut Azərbaycan və Qazaxıstanın tranzit imkanlarını tam reallaşdırmağa imkan verəcək. “Qazaxıstan Dəmir Yolları” şirkətinin rəhbəri əlavə edib ki, yaxın günlərdə belə bir konteyner Çindən Qazaxıstan və Azərbaycan vasitəsilə Gürcüstan və Türkiyəyə çatdırılacaq: “İlk konteynerin ilk lokomotivlə Azərbaycana çatdırılması rəmzidir. Qazaxıstan və Azərbaycan arasında maşınqayırma sahəsində əməkdaşlıq yüksək səviyyədədir. Qazaxıstan maşınqayırma məhsullarının etibarlı tədarükçüsüdür. Bunlara teplovozlar, elektrovozlar və başqaları daxildir. Ümid edirik ki, bu sahədə əməkdaşlığımızı davam etdirəcəyik və onu daha yüksək səviyyəyə qaldıracağıq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info