Qazaxda qədim qəbirlər aşkarlanıb
Tarix: 03.08.2015 | Saat: 19:00:00 | E-mail | Çapa göndər


Qazaxda 3 metr hündürlüyə malik qədim qəbirlər aşkarlanıb. “Kəpəz TV” xəbər verir ki, Qazaxın Ağköynək kənd qəbiristanlığında 3 metr hündürlüyə malik qədim qəbirlər aşkarlanıb. Ailə məzarlığının 19-cu əsrə aid olduğu bildirilir. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarının aşkarladığı qəbirlər dövrünün tanınmışlarından olan Qiyasbəyovlara məxsusdur. Ağstafa və Qazaxın müxtəlif kəndlərində uzun illərdir axtarışları davam etdirən alimlər nəhayət ki, “Rəncur” təxəllüsü ilə şeirlər yazan Şahnigar Qiyasbəyovanın dəfn olduğu ərazini aşkarlaya biliblər. 1800-cü illərin sonunda hündür ərazidə salınan bu ailə hərəmində daha 5 qadın məzarı da var. Alimlər Ş.Qiyasbəyovanın 49 il ömür sürməsinə baxmayaraq, xeyli əlyazmalarının dövrümüzə qədər gəlib çatdığını bildirirlər. Qeyd edək ki, Firudin bəy Köçərli və Əzizə Cəfərzadəşairin əl yazmalarını müxtəlif illərdə çap etdiriblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info