Rusiya ATƏT ölkələrini Helsinki aktının prinsiplərinə əməl etməyə çağırır
Tarix: 03.08.2015 | Saat: 19:01:00 | E-mail | Çapa göndər


Rusiya Helsinki aktının prinsiplərinə və ATƏM/ATƏT çərçivəsində üzərinə götürdüyü siyasi öhdəliklərə tam sadiqdir və ATƏT-ə üzv olan bütün dövlətləri bu öhdəliklərə sadiq qalmağa çağırır. TASS-ın verdiyi xəbərə görə, bunu Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər.
"Helsinki aktı böyük əhəmiyyətə malikdir və həmrəyliyin rəmzidir. O, müasir Avropanın həyatında böyük rol oynayıb və müasir beynəlxalq memarlığın əsaslarından biridir. Rusiya Helsinki dialoquna və ATƏM/ATƏT çərçivəsində bütün siyasi öhdəliklərinə sadiqdir və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına üzv olan bütün dövlətləri bu öhdəliklərin ruhuna sadiq qalmağa çağırırıq. Tarix göstərir ki, öhdəliklərin yerinə yetirilməsinə qarşı ikili standartlar və selektiv yanaşma, başqalarının hesabına və başqa dövlətlərin daxili işlərinə müdaxilə cəhdləri ilə öz təhlükəsizliyini möhkəmləndirmək kimi niyyətləri ümumavropa sabitliyinə ciddi risklər yaradır", - deyə Rusiya XİN-dən vurğulayıblar.
Nazirlikdən onu da bildiriblər ki, Rusiya ATƏT-in beynəlxalq məsələlərdə rolunun və nüfuzunun artırılmasına tərəfdardır: “Əminik ki, əsası 40 il əvvəl Avroatlantik dövlətlərin liderləri tərəfindən qoyulmuş bu təşkilat istənilən böhranlı halları aradan qaldırmağa imkan verəcək və qitənin bərabərhüquqlu qarşılıqlı faydalı əməkdaşlıq və vahid, bölünməz təhlükəsizlik məkanının formalaşmasına xidmət edəcək”.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Neftçala, Salyan, İmişli və Biləsuvar rayonlarında 20 Yanvar faciəsinin ildönümü böyük izdihamla anılıb
19.01.2019
Erməni parlamentidəki deputatların bir çoxu cinayətkar təbəqə ilə əlaqədə ittiham olunurlar
18.01.2019
“Ermənistanda xalq əvvəlkindən də pis yaşamağa başlayıb”
18.01.2019
“Təhlükəsiz bölgə Suriyanın şimalında sabitlik üçün vacibdir”
18.01.2019
Erməni zabitlər qəzaya uğrayıb: biri ölüb, digəri isə ağır vəziyyətdədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info