İşğal altındakı ərazilərin təxminən 500-800 milyon kv.m-i təhlükəlidir
Tarix: 03.08.2015 | Saat: 19:10:00 | E-mail | Çapa göndər


Keçmiş poliqonlar, partladılmış sursat anbarları, ərazilərə səpələnmiş sursatlar bu gün Azərbaycan üçün ciddi problemlər yaradır. Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov keçirdiyi mətbuat konfransında bildirib ki, hazırda Azərbaycanda keçmiş poliqonlar, partladılmış sursat anbarları, ərazilərə səpələnmiş sursatlar olan bir neçə ərazi var: “Saloğluda, Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində, Güzdəkdə, Ceyrançöldə çoxlu sayda PHS üzə çıxıb. Samux rayonunda sovet ordusundan qalma aviabombalar aşkarlanıb ki, bunlar da mülki əhali üçün olduqca təhlükəlidir”. H.Səfixanov deyib ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində və onun ətrafındakı yeddi rayonda aktiv döyüş əməliyyatları gedib. Beynəlxalq təcrübə, xüsusən də Balkan yarımadasındakı təcrübə göstərir ki, belə ərazilərin təqribən 4-6%-i mina və partlamamış hərbi sursatlarla (PHS) çirklənmiş hesab olunur. O bildirib ki, bunlar nəzərə alınsa, işğal altındakı ərazilərin təxminən 500-800 milyon kvadratmetri şübhəli və təhlükəlidir.
Azərbaycan ərazilərində kasetli silahlarla bağlı problemin Ermənistanın başladığı müharibənin nəticəsi olduğunu nəzərə çatdıran Birlik sədrinin sözlərinə görə, hazırda dünya ölkələrinin 60%-i (117 ölkə) BMT-nin “Kasetli Silahlara dair Konvensiya”sının (3 dekabr 2008-ci ildə Oslo şəhərində imzalanıb) üzvüdür. Cənubi Qafqaz ölkələrinin də daxil olduğu 80 dövlət hələ ki, bu Konvensiyaya qoşulmayıb. Konvensiyanı imzalamış dövlətlər 10 il ərzində ərazisindəki bu silahların təmizlənməsini başa çatdırmalı, 8 il ərzində isə anbarlarındakı ehtiyatları məhv etməlidir. Bu Konvensiya qüvvəyə mindikdən sonra 18 dövlət kasetli silahlar istehsal etməkdən imtina edib, 1 160 000 kasetli silah məhv edilib ki, bunlar da özündə 140 milyon sub-sursatı əhatə edirdi. Onlarla dövlət bu silahların istehsalına investisiyalar qoymaqdan imtina edib: “Bu növ silahların qadağan olunmasına məsul olan beynəlxalq təşkilatlar bu il 7-11 sentyabr tarixlərində Dubrovnik (Xorvatiya) şəhərində ilk İcmal Konfrans keçirəcəklər. Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyi Xarici İşlər Nazirliyindən xahiş edir ki, ilk İcmal Konfransında mümkün qədər yüksək səviyyə təmsil olunsun və silahlara qarşı aparılan işlər barədə rəsmi məlumat verilsin”.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info