“Veysəloğlu” və “Ulduz” KİV nümayəndələri üçün infotur təşkil etdi
Tarix: 03.08.2015 | Saat: 20:08:00 | E-mail | Çapa göndər


“Veysəloğlu” Şirkətlər Qrupu və “Ulduz” Şokolad Fabriki ardıcıl olaraq jurnalistlər üçün əlamətdar günlərdə maraqlı və əyləncəli tədbirlər təşkil etməkdədir. Bu sıradan növbəti tədbir isə ötən həftə sonu həyata keçirildi. Belə ki, “Veysəloğlu” Şirkətlər Qrupu və “Ulduz” Şokolad Fabriki ölkə mətbuatının yaranmasının 140 illiyi münasibəti ilə bir qrup KİV nümayəndəsinin Qəbələ və Oğuz rayonlarına 2 günlük infoturunu təşkil etdi. Səfər zamanı “Veysəloğlu” Şirkətlər Qrupu və “Ulduz” Şokolad Fabriki haqda mətbuat nümayəndələrinə geniş məlumat verildi, onlara şirkətin uğur yolunu əks etdirən tanıtım filmi göstərildi. Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov “Veysəloğlu” MMC və “Ulduz” Şokolad Fabrikinin rəhbərliyi adından səfərdə iştirak etmiş, həmçinin müxtəlif səbəblərdən iştirak edə bilməyən bütün jurnalistləri bir daha Milli Mətbuat günü münasibəti ilə təbrik etmiş, onlara bu çətin və şərəfli yolda uğurlar arzuladı. Səfərdə iştirak edən jurnalist heyəti “Veysəloğlu” Şirkətlər Qrupunun rəhbərliyinə dərin təşəkkürlərini bildirdi, təşkil edilmiş bu səfər proqramı üçün şirkət rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.
Onu da əlavə edək ki, iki günlük səfər jurnalistlərin bütün rahatlıqları nəzərə alınmaqla həyata keçirildi. Səfərdə iştirak etdiyimiz üçün burada media nümayəndələri üçün yaradılmış istirahət şəraitinin yüksək standartlara uyğunluğunun şahidi olduq.
Beləliklə, “Veysəloğlu” MMC və “Ulduz” Şokolad Fabriki media nümayəndələrinə Azərbaycan Milli Mətbuatının 140 illiyini bir daha yüksək səviyyədə qeyd etməyə hərtərəfli şərait yaratdı.
Qeyd edək ki, 1994-cü ildən fəaliyyətə başlamış “Veysəloğlu” şirkətinin məqsədi Azərbaycan bazarında mövcud olan bütün satış nöqtələrinə yüksək keyfiyyətli satış xidməti göstərmək, alıcı rəğbətini qazanmaq, bu yolda ən son və ən müasir vasitələrdən istifadə etməkdir.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Sahil Babayev canlı efirdə 36 vətəndaşın müraciətini cavablandırıb
22.02.2019
“Prezidentin Əfqanıstan müharibəsi veteranlarına və bu müharibədə həlak olanların ailələrinə qayğısı davamlıdır”
22.02.2019
“AZƏRSUN HOLDİNQ“ İnsan Resursları üzrə mütəxəssis axtarır
22.02.2019
Bu il Bakının 4 rayonunda “DOST” mərkəzləri yaradılacaq
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info