ABŞ mətbuatında “Ermənistana təzyiq göstərin” sərlövhəli məqalə
Tarix: 03.08.2015 | Saat: 20:11:00 | E-mail | Çapa göndər


ABŞ-da çıxan “Journal Star” qəzetində ABŞ-ın Azərbaycan icmasının üzvü Nicat Uorlinin Azərbaycanın Ağdam rayonunun işğalının 22-ci ildönümü ilə əlaqədar “Ermənistana təzyiq göstərin” sərlövhəli müraciəti dərc olunub. Məqalədə Ermənistanın 1987-ci ilin sonunda başladığı Azərbaycanın Dağlıq Qarabağ regionunun qəsb edilməsi siyasətindən danışılır. Azərbaycan SSR parlamenti və SSRİ Ali Sovetinin Rəyasət Heyəti erməni millətçilərinin Azərbaycan ərazilərini Ermənistana birləşdirmək tələblərini rədd etdikdən sonra Ermənistan Azərbaycana qarşı elan edilməmiş müharibəyə başladı və 1992-cı ilin ortalarına doğru azərbaycanlı əhalini ölkənin Dağlıq Qarabağ regionundan qovdu.
Sonra məqalədə Ağdam rayonu, məcburi köçkünlər və Ağdamın erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində Azərbaycana vurulan ziyan barədə statistik məlumatlar gətirilir. BMT Təhlükəsızlik Şurasının Dağlıq Qarabağ münaqişəsinə dair 1993-cü il tarixli dörd qətnaməsinin və BMT Baş Məclisinin 2008-ci il tarixli qətnaməsinin əhəmiyyətini qeyd edən müəllif ABŞ hökumətini Ermənistana təzyiq göstərməyə, onu beynəlxalq qurumların qətnamələrinə riayət etməyə, işğalçı qoşunlarını suveren Azərbaycanın ərazilərindən çıxarmağa və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasına şərait yaratmağa məcbur etməyə çağırır.
Xatırladaq ki, “Journal Star” qəzetində müraciət ABŞ Azərbaycanlıları Şəbəkəsinin Amerika ictimaiyyətinin Ermənistan-Azərbaycan münaqişəsinin reallıqları və Ermənistanın Azərbaycana hərbi təcavüzü barədə məlumatlandırılmasına dair ənənəvi kampaniyası çərçivəsində dərc olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu
18.09.2018
Rusiya və Türkiyə prezidentləri Soçidə görüşüblər
18.09.2018
Türkiyə və Rusiya prezidentləri Suriya böhranı ilə bağlı ciddi anlaşma əldə ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info