Vaxtından əvvəl I sinfə gedən uşaqlar üçün müddət uzadıldı
Tarix: 03.08.2015 | Saat: 20:13:00 | E-mail | Çapa göndər


Bakı Şəhəri üzrə Təhsil İdarəsi vaxtından əvvəl I sinfə gedən uşaqlar üçün təşkil edilən müsahibənin müddətini uzadıb. İdarənin İctimaiyyətə əlaqələr sektorunun müdiri Arzu Tairquliyeva Trend-ə bildirib ki, “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən, 6 yaşı bu il sentyabrın 16-dan dekabrın 31-dək tamam olan xüsusi istedadlı uşaqların I sinfə qəbulu üçün aparılan qeydiyyat iyulun 31-dən yekunlaşıb. Qeydiyyatdan keçən uşaqların I sinfə qəbulu üçün müsahibələrin bu gün ərzində yekunlaşması nəzərdə tutulsa da, müraciət edənlərin çoxluğu səbəbindən bu müddət bir gün uzadılıb. Belə uşaqlar üçün müsahibə avqustun 4-ü saat 17:00-dək davam edəcək.
A.Tairquliyeva deyib ki, indiyədək müsahibədə iştirak edən 1448 nəfər müsbət, 994 nəfər isə mənfi cavab alıb. Qeydiyyatdan keçən 70 nəfər isə müsahibəyə qatılmayıb.
Həmçinin, təhsil nazirinin müvafiq əmrinə əsasən, bir sıra məktəblərdə fəaliyyət göstərən məktəbəqədər hazırlıq qruplarını bitirmiş 705 uşaq isə sertifikat əldə edərək müsabiqədənkənar I sinfə qəbul üçün müraciət edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info