İran Azərbaycan peyklərindən istifadə etmək istəyir
Tarix: 03.08.2015 | Saat: 20:14:00 | E-mail | Çapa göndər


"İran Azərbaycan peyklərindən istifadə sahəsində Azərbaycanla əməkdaşlıq edə bilər". Bunu Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin Tehrana səfəri (3-4 avqust) öncəsi “Trend”ə müsahibə verən İran-Azərbaycan hökumətlərarası komissiyanın katibliyinin rəhbəri Mehdi Möhtəşəmi bildirib.
M.Möhtəşəmi deyib ki, Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İran Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında əlaqələr yüksək səviyyədədir: “Ötən il cənab Mahmud Vaezi "BakuTel-2014" sərgisində iştirak etdi. Həmçinin Əli Abbasov Tehrana səfər etmişdi. Səfər zamanı onu Azərbaycanın müxtəlif qurumlarından və şirkətlərindən nümayəndələr müşayiət edirdi. İndi də cənab Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində rabitə və yüksək texnologiyalar nazirinin müavini cənab İltimas Məmmədovu da dəvət etmişik. Onun üçün xüsusi görüşlər proqramlaşdırmışıq. Belə görüşlərdən biri “Pardis” texnoparkında, digəri isə İran Televiziyasında olacaq”.
Onun sözlərinə görə, İran şirkətləri rabitə və informasiya texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır: Əməkdaşlıq sənədinin Bakıda "BakuTel-2015" (1-5 dekabr 2015-ci il tarixində keçiriləcək - red.) çərçivəsində imzalanacağına ümid edirik. Həm istehsal, həm də xidmət baxımından bəzi sahələrdə İran, bəzi sahələrdə isə Azərbaycan inkişaf edib. Xüsusilə, Azərbaycan peyklərindən istifadə sahəsində əməkdaşlıq edə bilərik”.
M.Möhtəşəmi qeyd edib ki, İran Televiziyasının proqramlarının Azərbaycan peykində yayımlanması ilə bağlı yalnız Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi qərar vermir. İranın bəzi təşkilatları, o cümlədən Dövlət Televiziyası yayım haqqında rəyini bildirməlidir və birgə rəy əsasında qərar veriləcək: “Hazırda biz məlumatları toplayırıq və peykin potensialından nə dərəcədə istifadə edəcəyimizi dəyərləndiririk. Sevindirici haldır ki, bu səfərdə cənab İltimas Məmmədov İran Dövlət Televiziyasının rəsmiləri ilə görüşəcək və bu sahədə danışıqlar aparacaq. İndiyədək danışıqlar yaxşı səviyyədə aparılıb, layihələr müəyyən olunub. Texniki məsələlər də öz həllini tapmalıdır ki, bu sahədə saziş imzalansın”.
Onun sözlərinə görə, İ.Məmmədovun Tehrana səfəri iki ölkə arasında kompüter, proqram təminatı və tətbiqləri sahəsində sazişlərin imzalanması ilə nəticələnəcək.
Katiblik rəhbəri onu da əlavə edib ki, İran öz poçt daşımalarını Azərbaycan vasitəsilə göndərməyə və almağa hazırdır: “İran Prezidenti Həsən Ruhaninin Bakıya səfəri zamanı bu sahədə bir sənəd imzalandı. Bu sənəd hər iki ölkənin poçt sahəsində əməkdaşlıq etməsinə şərait yaradır. Sevindirici haldır ki, hər iki ölkənin poçt sahəsində çalışan rəsmiləri sənədin icrası sahəsində əməkdaşlıq edirlər. Əməkdaşlıq həm elektron poçt, həm də yük və karqo daşımaları sahəsini əhatə edir. Ümid edirik ki, iki ölkə həm bir-birinə, həm də üçüncü ölkələrə poçt daşımalarını həyata keçirmək üçün əməkdaşlığı daha da inkişaf etdirəcək”.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info