Valverdedən “İnter”lə cavab oyunu üçün fərqli heyət
Tarix: 03.08.2015 | Saat: 22:56:00 | E-mail | Çapa göndər


Avropa Liqasının III təsnifat mərhələsində Bakı “İnter”i ilə cavab oyununa hazırlaşan “Atletik”in baş məşqçisi Ernesto Valverde heyətlə bağlı müəyyən dəyişikliklər etmək qərarına gəlib. İspaniya mətbuatı xəbər verir ki, “Osasuna”ya yoldaşlıq görüşündə uduzan (0:2) bilbaoluların çalışdırıcısı Azərbaycandakı görüşə “San Mames”də şans verdiyi heyəti buraxmaq istəmir.
Belə ki, təcrübəli məşqçi ilk oyunda meydana buraxdığı Karlos Qurpeqi və İbai Qomesi Bakıya gətirmək fikrində deyil. Bundan əlavə, zədəli Mikel Riko da heyətdən kənarda qalacaq.
Əvəzində “San Mames”dəki matçda ehtiyatda qalan komandanın əsas qapıçısı Qorka İraisosun bu dəfə “11-lik”də yer alacağı gözlənilir.
Bakıya gələcək heyətdə Qorka Elustondo, Borxa Viquera, Ager Aketxe, Aymerik Laporte, İniqo Lekue, Mikel San Xose, İniqo Ruiz de Qalarreta, Gilyermo Fernandes, Sabin Merino, Kike Sola kimi futbolçular yer alacaq.
“İnter”lə cavab qarşılaşması Qalarreta, Merino və Fernandes üçün baş məşqçinin etimadını qazanmaq mənasında sonuncu şans ola bilər. Onlar əsas heyətə düşməyə layiq olduqlarını sübut etmək üçün bu görüşdə Valverdenin etimadını doğrultmalıdılar.




 
Bölməyə aid digər xəbərlər
21.04.2019
Futbol üzrə İtaliya və İspaniya çempionatlarında növbəti oyunlar keçirilib
20.04.2019
“Yuventus“dan ardıcıl 8-ci çempionluq
20.04.2019
Azərbaycan komandası qrup hərəkətlərində AGF Junior Trophy beynəlxalq turnirinin finalına yüksəlib
20.04.2019
Azərbaycan şahmatçısı İspaniyada keçirilən beynəlxalq turnirdə birinci yerə yüksəlib
20.04.2019
Moskvada uşu üzrə Avropa çempionatı keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info