Ukraynada 2 dəfə 2-ci, Sloveniyada 3-cü
Tarix: 03.08.2015 | Saat: 23:00:00 | E-mail | Çapa göndər


Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku"nun üzvləri Ukrayna və Sloveniyada keçirilən beynəlxalq yarışlarda uğurla çıxış edib. Təmsilçilərimiz hər iki yarışda fəxri kürsüyə qalxmağı
bacarıblar.

Heyəti Elçin Əsədov, Yannis Tamuridis, Maksim Averin, Markus Eybeger, Matey Müqerli və Tural İsgəndərovdan ibarət kollektiv Ukraynada keçirilən "Odessa Grand-Prix" yarışında iştirak edib. Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı 2 günlük yarışında təmsilçilərimizdən ən yüksək nəticəyə Matey Müqerli imza atıb. O, hər 2 yarış günündə finişi qalibdən sonra keçməklə 2 dəfə fəxri kürsünün 2-ci pilləsinə qalxıb. Digər təmsilçimiz Maksim Averin isə ilk yarış günündə 8-ci olmaqla Rio-2016 Yay Olimpiya Oyunlarına 3 lisenziya xalı qazanıb. Hazırda onun aktivində ümumilikdə 142 reytinq xalı var.
Avqustun 6-9-da Estoniyanın Tartu şəhərində keçiriləcək Avropa birinciliyində iştirakı planlaşdırılan gənclər yığmamızın üzvü Samir Cəbrayılov isə məsul yarış öncəsi yoxlama yarışlarında qüvvəsini sınayır. O, "Kranj-2015" kriterium yarışında çıxış edərək fəxri kürsünün 3-cü pilləsinə qalxıb.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq
13.11.2018
Messi mövsümün ən yaxşı oyunçusu mükafatını aldı
13.11.2018
Şahmat üzrə dünya çempionu adı uğrunda üçüncü partiya da heç-heçə nəticələnib
12.11.2018
“Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov istefa verib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info