Saakaşvili ölkənin xarici siyasət kursunun erməniləşdirilməsinin əleyhinədir
Tarix: 01.02.2013 | Saat: 22:08:00 | E-mail | Çapa göndər


Gürcüstan prezidenti Mixail Saakaşvili ölkənin xarici siyasət kursunun erməniləşdirilməsinin əleyhinədir. Bunun qarşısının alınması üçün ölkə konstitusiyasına Vahid Milli Hərəkat Partiyasının irəli sürdüyü dəyişikliklərin edilməsi vacibdir. “Trend”in məlumatına görə, bu barədə dünən dövlət başçısı "Delta" hərbi müəssisəsinə baş çəkərkən bildirib.
Təklif olunan düzəlişlər ölkənin cari xarici siyasət kursunun konstitusiya səviyyəsində möhkəmləndirilməsini nəzərdə tutur. "Nə üçün həmin dəyişikliklərin edilməsi ilə bağlı məsələ məhz bu gün gündəliyə çıxarılır? Çünki Gürcüstanda parlament seçkiləri nəticəsində hakimiyyət dəyişikliyindən sonra yeni hökumətin verdiyi bir sıra bəyanatlar var. Həmin bəyanatlardan ən mühümü Gürcüstanın xarici siyasət kursunun erməniləşdirilməsi, habelə bizim NATO və Rusiya ilə bərabər məsafə saxlamağımız haqda bəyanatdır. Əvvəllər bu, Gürcüstanın xarici siyasətinin istiqaməti deyildi"- deyə prezident bildirib. Saakaşvili Abxaziyadan keçən dəmir yolunun açılmasının mümkünlüyü məsələsinə də toxunub. "İrəvanda artıq Gürcüstan dəmiryolunun Abxaziya sahəsinin bərpasının texniki detalları müzakirə olunur. Bu, işğalın leqallaşdırılması olacaq"- deyə Saakaşvili qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info